Məhkəmə qərarları › İş №3(074)-188/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-188/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-188/2025 29.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsamyılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi” X3 nümayəndəsi hüquq şöbəsinin məsləhətçisi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə MN ******* nömrəli 29 aprel 2025-ci il tarixli və MN ******* nömrəli 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi” X3 nümayəndəsi hüquq şöbəsinin məsləhətçisi Nümayəndə izahat verib bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 43 A ünvanında yerləşən Şəxs MMC istifadəsində olan aptekdə xx.xx.2025-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı aptekdə dərman vasitəsinin (oksitosin 1ml № 5) saxlama şəraitinin pozulması, divar, döşəmənin hamar və nəm təmizlənməyə, davamlı olmadığı aşkar edilmişdir. Eyni zamanada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan aptekdə xx.xx.2025-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı aptekdə anbar otağında kondinsonerin olmadığı, aptekin otaqlarının divarları və döşəməsi hamar və mən təmizləməyə davamlı olmadığı faktları aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati haqqında protokollar tərtib edilmişdir. Sübüt kimi fotoşəkillər əlavə olunmuşdur Odur ki, inzbatoi protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verib bildirdi ki, yoxlama zamanı qeyd edilən nöqsanlar aşkar olunmuş, lakin yoxlamadan dərhal sonra həmin nöqsanların aradan qaldırılması yönünüdə işlər gedir. Eyni zamanada ünvan 1 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan aptekdə lisenziya alınan zaman kondinsoner olmamış, amma hazırda kondinsoner qurlaşdırılmış, apteklərdə təmir işləri başlanılmışdır. İş materiallarında olan MN ******* nömrəli 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 43 A ünvanında xx.xx.2025-ci il tarixdə saat 16:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş materiallarında olan MN ******* nömrəli 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə saat 10:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş materiallarında olan KY252300204 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən N.Nərimanov küçəsi, ev 43 A ünvanında yerləşən Şəxs MMC istifadəsində olan ixtisaslaşdırılmış mağazalarda əzcaşılıq mallarının pərakəndə satışına xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixdə Şəxs MMCnə ünvanlanmış mətubundan görünür ki, ünvan 2ət göstərən, şirkətinizə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 28.04.-xx.xx.2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il 714- İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışlar. Şamaxı rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli 3(074)-188/2025 nömrəli qərardadı ilə DOKTA” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-188/2025 və 3(074)-190/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-188/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xətaya dair icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli və 30 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməli və ona təyin edilmiş cərimə növündə inzibati tənbehlər tam toplanılmaqla Şəxs barəsində qəti inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40., 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (VÖEN **********) 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat cərimə, 30 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat cərimə edilsin və Şəxsnə təyin edilmiş cərimə növündə inzibati tənbehlər tam toplanılmaqla Şəxs barəsində qəti olaraq 2400 (iki min dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar