Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-189/2021 31.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28.02.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi 28 fevral 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsilə nəzərdə tutulan inzibati xətaya görə 60 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Qərarla razı deyil. Belə ki, 28 fevral 2021-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı 40BN736 dövlət qeydiyat nömrəli avtomaşınla Ağdaş istiqamətində yola düşmüş, Meysəri kəndinə dönən yola yaxın qarşısında göy rəngli yükdaşıyan FORD markalı maşın yüklü olduğudan 30-40 km/saat sürətlə çox yavaş getdiyindən ötməyə icazə verilən yerdə onu ötmüş, həmin vaxt uzaqdan, təxminən 150-200 metr məsafədə YPX maşınının da gəldiyini görmüşdür. Heç bir çətinlik olmadan hər hansı təhlükəli vəziyyət yaratmadan ötmə əməliyyatını başa çatdırıb 50 metr də getdikdən sonra YPX-nin avtomaşını yanından ötüb keçmiş, bir az gedəndən sonra güzgüdə həmin maşının digər avtomaşınları keçib arxasınca gəldiyini görmüş və ona saxlaması üçün işarə etmişdir. Maşını saxlamış, polis ona yaxınlaşaraq sənədlərini istəmişdir. O, polisə bildirmişdir ki, ötmə mümkün olmayan yerdə keçməzdi. Əgər düz keçməyibsə kameranı göstərsin. Sonra kompüteri qurdalayıb işləmədiyini, ancaq protokol yazmalı olduğunu bildirmişdir. O, tələsdiyini, xəstəsi qızdırma içərisində olduğundan və dərmanı ona çatdırmalı olduğunu onu ləngitməməsini bildirmişdir. Sənədlərin qaytarmış və getmişdir. Şərədil kəndinə çatmağa bir az qalmış yenə arxadan gəlib saxlaması üçün siqnal vermiş, o, da saxlamış, gəlib ona kompüter işlədi, sənə protokol yazdım, gəl bura imza et demişdir. O, yenidən kompüterə baxılmasını tələb etmiş, lakin polis ona çəkirsən çək, çəkirsən çəkmə, yazıram ki, imza etməkdən imtina etdi demişdir. Cavabında nə istəyirsən yaz, amma imkan ver gedim, xəstə gözləyir demiş, bundan sonra o yazdıqlarını da götürüb öz maşınına getmişdir. İndi xəbər tutur ki, onu 60 manat cərimə edib və 4 bal da yazıb. İİ qrup müharibə əlilidir. Bir daha qeyd edirəm ki, o, ötmə əməliyyatını keçirərkən qanunun tələblərini pozmamışdır. Odur ki, bu qərarı əsassız və qərəzli şəkildə yazılmış bir qərar hesab edir və onun ləğv olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 28.02.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, X2 28.02.2021-ci ildə saat 12:41 radələrində idarə etdyi VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 28.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 28.02.2021-ci ildə saat 12:41 radələrində idarə etdyi VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax yolunun 130-cu kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. Bunun əsasında X2 barəsində tərtib edilmiş 28.02.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokol əsas götürülərək X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyi üçün 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 28.02.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilərkən X1 hüquq vəzifələri izah edilməmiş, onun izahatı alınmamış, protokol bir tərəfli qaydada tərtib olunaraq şahidlərin iştirakı, həmçinin 28.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən də X1 iştirakı təmin olmamış, həmçinin X2 tərəfindən göstərilən inzibati xətanın törədilməsinin hansı sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək hüqüqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs X1 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş, yuxarıda qeyd edilən hüquqları təmin edilməmiş, izahatı alınmamış işin baxılma yeri və vaxtı barədə ona məlumat verilməmiş, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-189/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-189/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver