Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-189/2022 28.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Şamaxı rayon Acıdərə kəndi istiqamətində iri buynuzlu heyvanların maqistral yolla apararkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq həmin yerdən qaçmağa başlamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 28 iyul 2022-ci il tarixində o və tanışı Zülfüqarov Ağaveyis adlı şəxs Şamaxı rayonu Acıdərə kəndi yaxınlığında yolun hərəkət hissəsində 10-15 baş iribuynuzlu heyvanı yolun digər hissəsinə keçirən zaman polis əməkdaşları onlara yaxınlaşmış, iribuynuzlu heyvanları yolun hərəkət hissəsinə buraxmaqlarının səbəbini soruşmuşlar, onlara törətdikləri qayda pozuntusunu izah etmişlər. Onlar cavablarında çörək yediklərini və heyvanları yoldan çıxaracaqlarını bildirmişlər. Sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmışlər, onlar qaçmışlar, polis əməkdaşı daş götürərək arxalarıyca qaçmağa, həmçinin onları söyüb təhqir etməyə başlamışdır. Sonradan polis əməkdaşları arxalarıyca gələrək onu yaxalamışlar və rayon polis şöbəsinə dəvət etmişlər. Tanışı Ağaveyis isə qaçaraq oradan uzaqlaşmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin bölük komandirinin müavini X5 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində PPXB-nin polis nəfəri polis serjantı Fərman Tapdıqovla xidməti zərurətlə bağlı Şamaxı rayon Acıdərə kəndi istiqamətində hərəkətdə olan zaman həmin ərazidən keçən Bakı-Şamaxı magistralında təxminən 50 baş iribuynuzlu heyvanları magistral ilə hərəkət etdiklərini və nəqliyyat vasitələrin hərəkətinə mane olduqlarını görüb ora yaxınlaşmışlar. Adı sonradan onlara məlum olan və özünü onlara heyvanların sahibi kimi təqdim edən Şamaxı rayon sakini Şəxs özlərini təqdim edərək heyvanları yolun kənarı ilə aparmasını bildirsələrdə o, heyvanları magistral yol ilə aparacağını onlara bildirmişdir. Onlar dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etməklərinə baxmayaraq o onların qanuni tələbilərini qəsdən pozaraq, öz hərəkətlərini davam etdirərək, heyvanları magistral yolda saxlayaraq həmin yerdən uzaqlaşmaq istəyərkən tərəflərindən saxlanılmış və heyvanlar onlar tərəfindən magistral yoldan kənarlaşdırılmışdır. Nəqliyat vasitələrinin sərbəst hərəkətləri təmin edilmişdir. Daha sonra həmin şəxs barəsində tədbir görülməsi üçün RPŞ-yə gətrilmişdir. Məhkəmə iclasında şahid qismində X1 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində 50 baş iribuynuzlu heyvanları təhvil verərkən heyvanları nəzarətsiz buraxdığına görə heyvanlar maqistral yola çıxmışlar. Bu zaman post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq heyvanları magistral yoldan çıxarmaqlarını tələb etmişlər, lakin yolda maşın olduğu üçün ləngimişlər. Sonra polis əməkdaşı əsəbi halda bir daha tələb etdikdə o, özünü təhlükəyə ataraq heyvanları maqistraldan çıxarmış, lakin polis əməkdaşı onu nalayiq söyüşlər söymüş, onu polis maşınına otuzdurmaq istəmiş, amma o, qaçıb 102-yə zəng etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin bölük komandirinin müavini X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində PPXB-nin polis nəfəri polis serjantı Fərman Tapdıqovla xidməti zərurətlə bağlı Şamaxı rayon Acdərə kəndi istiqamətində hərəkətdə olan zaman həmin ərazidən keçən Bakı-Şamaxı magistralında təxminən 50 baş iribuynuzlu heyvanları magistral ilə hərəkət etdiklərini və nəqliyyat vasitələrin hərəkətinə mane olduqlarını görüb ora yaxınlaşmışlar. Adı sonradan onlara məlum olan və özünü onlara heyvanların sahibi kimi təqdim edən Şamaxı rayon sakini Şəxs özlərini təqdim edərək heyvanları yolun kənarı ilə aparmasını bildirsələrdə o heyvanları magistral yol ilə aparacağını onlara bildirmişdir. Onlar dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etməklərinə baxmayaraq o onların qanuni tələbilərini qəsdən pozaraq, öz hərəkətlərini davam etdirərək, heyvanları magistral yolda saxlayaraq həmin yerdən uzaqlaşmaq istəyərkən tərəflərindən saxlanılmış və heyvanlar onlar tərəfindən magistral yoldan kənarlaşdırılmışdır. Nəqliyat vasitələrinin sərbəst hərəkətləri təmin edilmişdir. Daha sonra həmin şəxs barəsində tədbir görülməsi üçün RPŞ-yə gətrilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-189/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-189/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver