Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-190/2025 23.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş xx.xx.2025-ci il tarixdə, məhkəməyə daxil olaraq 3(074)-188/2025 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş xx.xx.2025-ci il tarixdə, məhkəməyə daxil olaraq 3(074)-190/2025 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 Şamaxı Rayon Məhkəməsində 3(074)- 188/2025 və 3(074)-190/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsinə etirazının olmamasını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki material eyni şəxs barəsində olduğundan və baxılması eyni orqanın səlahiyyətlərinə aid olduğundan prosessual qənaət baxımından onlar bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuş, Şamaxı Rayon Məhkəməsində 3(074)-188/2025 və 3(074)-190/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materialları bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 3(074)-188/2025 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-190/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-190/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver