Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-191/2022 02.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində ictimai yerdə nalayiq kobud ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakıdan içkili vəziyyətdə birbaşa evlərinə gəlmiş, sonra marketdən çörək almaq istəyəndə yaxından tanıdığı Nurlan Hacıyevi görmüş, biraz yüksək səslə söhbət etdiklərinə görə yaxında olan adamlar onların başına yığışmış, daha sonra polis adamların çox olduğunu görüb onlara yaxınlaşmışlar. Sonra onları polis şöbəsinə dəvət etmişlər. O, etdiyi əmələ görə çox peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində PPXB-nin polis nəfəri polis serjantı Əli İbrəhimov ilə Şamaxı şəhəri X10 küçəsində xidmət apararkən tərəflərindən bir neçə şəxsin toplaşdığını görmüşlər və həmin şəxslərə yaxınlaşan zaman iki nəfər şəxsin yüksək səslə ictimai yerdə nalayiq kobud ifadələr işlətməsini aşkar etmişlər. Həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etmişlər ancaq onlar buna məhəl qoymamış, yenə təkrar olaraq ünvansız kobud ifadələr işlətmişlər, daha sonra həmin şəxslərdən biri qanuni tələbə tabe olaraq avtomaşına əyləşsədə digər şəxs qanuni tələbə tabe olmayaraq həmin yerdən qaçmışdır. Nurlan Hacıyevi yaşadığı evin yanında saxladaraq polis Şöbəsinə təkrar dəvət etsələrdə heç bir qayda pozmadığını Şöbəyə gəlməkdən imtina etmiş, lakin müqavimət göstərməsinə baxmayaraq avtomaşına əyləşdirib Şamaxı rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslərin Şamaxı rayon sakinləri Şəxs və X4 olmaları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis serjantı X5 və Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 02 avqust 2022 il tarixdə saat 00:54 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.627 litrdir. Materiala əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X5 tərəfindən tərtib olunmuş 01 avqust 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində PPXB-nin polis nəfəri, polis kiçik serjantı Qalib Fərmanov ilə Şamaxı şəhəri X10 küçəsində xidmət apararkən tərəflərindən bir neçə şəxsin toplaşdığını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar, iki nəfər şəxsin yüksək səslə ictimai yerdə nalayiq kobud ifadələr işlətməsini aşkar etmişlər. Həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etmişlər ancaq onlar buna məhəl qoymamış, yenə təkrar olaraq ünvansız kobud ifadələr işlətmişlər, daha sonra həmin şəxslərdən biri qanuni tələbə tabe olaraq avtomaşına əyləşsədə digər şəxs qanuni tələbə tabe olmayaraq həmin yerdən qaçmış, Nurlan Hacıyevi yaşadığı evin yanında saxladaraq polis Şöbəsinə təkrar dəvət etsələrdə heç bir qayda pozmadığını Şöbəyə gəlməkdən imtina etmiş, lakin müqavimət göstərməsinə baxmayaraq avtomaşına əyləşdirib Şamaxı rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslərin Şamaxı rayon sakinləri Şəxs və X4 olmaları müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-191/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-191/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver