Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-192/2022 02.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonu, Şərədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə 23:00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində ictimai yerdə nalayiq kobud ifadə işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Şərədil kəndindən Şamaxı şəhərində yerləşən evlərinə gələrkən əvvəlcədən tanıdığı Rəşidlə hal-əhval tutmuş, sonra hər ikisi içkili vəziyyətdə olmalarına görə ucadan söhbətləşmişlər. Daha sonra həmin ərazidə polis əməkdaşları onlara yaxınlaşaraq onların içkili olmalarına görə məsələ böyümüş, lakin həmin vaxt heç bir nalayiq ifadələr işlətməmiş və evinə çıxıb getmiş, daha sonra evinə gedərkən polis əməkdaşları təkrar ona yaıxnlaşaraq şöbəyə dəvət etmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X5 izahat verib bildirdi ki, xx.xx.2022-cı ıl tarixdə saat 23:00 radələrində PPXB-nin polis nəfəri polis serjantı Əli İbrəhimov ilə Şamaxı şəhəri X11 küçəsində xidmət apararkən bir neçə şəxsin toplaşdığını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar, iki nəfər şəxsin yüksək səslə ictimai yerdə nalayiq kobud ifadələr işlətməsini aşkar etmişlər. Həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etmişlər ancaq onlar buna məhəl qoymamış, yenə təkrar olaraq ünvansız kobud ifadələr işlətmişlər, daha sonra həmin şəxslərdən biri qanuni tələbə tabe olaraq avtomaşına əyləşsədə digər şəxs qanuni tələbə tabe olmayaraq həmin yerdən qaçmış, Şəxs yaşadığı evin yanında saxladaraq polis Şöbəsinə təkrar dəvət etsələrdə heç bir qayda pozmadığını Şöbəyə gəlməkdən imtina etmiş, lakin müqavimət göstərməsinə baxmayaraq avtomaşına əyləşdirib Şamaxı rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslərin Şamaxı rayon sakinləri X3 və Şəxs olmaları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis serjantı X6 və Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 02 avqust 2022 il tarixdə saat 00:51 radələrində X1 qanında alkoqolun konsentrasiyasının həcmi 1.304 litrdir. Materiala əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X6 tərəfindən tərtib olunmuş 01 avqust 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-cı ıl tarixdə saat 23:00 radələrində PPXB-nin polis nəfəri, polis kiçik serjantı Qalib Fərmanov ilə Şamaxı şəhəri X11 küçəsində xidmət apararkən bir neçə şəxsin toplaşdığını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar, iki nəfər şəxsin yüksək səslə ictimai yerdə nalayiq kobud ifadələr işlətməsini aşkar etmişlər. Həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etmişlər ancaq onlar buna məhəl qoymamış, yenə təkrar olaraq ünvansız kobud ifadələr işlətmişlər, daha sonra həmin şəxslərdən biri qanuni tələbə tabe olaraq avtomaşına əyləşsədə digər şəxs qanuni tələbə tabe olmayaraq həmin yerdən qaçmış, Şəxs yaşadığı evin yanında saxladaraq polis Şöbəsinə təkrar dəvət etsəkdə heç bir qayda pozmadığını Şöbəyə gəlməkdən imtina etmiş, lakin müqavimət göstərməsinə baxmayaraq avtomaşına əyləşdirib Şamaxı rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslərin Şamaxı rayon sakinləri X3 və Şəxs olmaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-192/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-192/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver