Məhkəmə qərarları › İş №3(074)-192/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-192/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-192/2025 29.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsamyılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi” X4 nümayəndəsi hüquq şöbəsinin məsləhətçisi X1 iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə MN ******* nömrəli 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi” X4 nümayəndəsi hüquq şöbəsinin məsləhətçisi X2 izahat verib bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan aptekdə xx.xx.2025-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı aptekdə anbar, sarğı-material, işçi heyyət və müdir otaqlarının olmadığı aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati haqqında protokol tərtib edilmişdir. Fotoşəkillər əlavə olunmuşdur hansı ki, əvvəl lisenziya verilən zaman həmin otaqlar mövcud olmuş, amma sonradan yığışdırılmışdır. Odur ki, inzbatoi protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* nömrəli 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə saat 17:10-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş materiallarında olan KY252300201 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Heydər Əliyev küçəsi, ev 23 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan ixtisaslaşdırılmış mağazalarda əzcaşılıq mallarının pərakəndə satışına xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixdə Şəxsnə ünvanlanmış mətubundan görünür ki, ünvan 2rən, şirkətinizə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 28.04.-xx.xx.2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xətaya dair icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40., 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar