Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-193/2025 10.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, səlahiyyətli orqan - Şamaxı rayonu Yol patrul xidmətinin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi – vəkil X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30-da ünvan 1 ünvanında “SHACMAN yük” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan - Şamaxı rayonu Yol patrul xidmətinin inspektoru X1 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman, Şamaxı Rayon YPX tərəfindən ona məlumat verilmişdir ki, “SHACMAN yük” markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılsın və barəsində qanuni tədbirlər görülsün. Həmin nəqliyyat vasitə saxlanılmış və baxış zamanı müəyyən edilmişdir ki, sürücü tərəfindən dövlət qeydiyyat nişanına müdaxilə edilərək, üzəri yapışqanla örtülmüş və həmçinin, həmin şəxs etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bundan sonra, nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Göstərilənlərə əsasən, sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə “SHACMAN yük” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, onun mobil telefonuna zəng gəldiyindən, avtomaşını saxlayıb danışmağa başlamış və həmin zaman, tanımağı nəqliyyat vasitəsi onun arxa hissəsində saxlayaraq, avtomobilin arxa və qabaq hissələrinə baxmağa başlamışdır. Daha sonra, o, Şamaxı rayonu YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı yaxınlaşaraq, onun sinəsindən vurmuşdur. Bundan sonra, nəqliyyat vasitəsi dayanacağa aparılmışdır. O, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanına hər hansı bir örtüklə müdaxilə etməmişdir. Bu səbəbdən də, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – vəkil X3 göstərdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə səlahiyyətli orqan tərəfindən heç bir mötəbər sübut təqdim olunmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntüdən müəyyən edilir ki, “SHACMAN yük” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə olunmuşdur. Eyni zamanda, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim olunmuş təhlükəsizlik kameraları vasitəsilə qeyd alınmış görüntülərdən müəyyən olunur ki, “SHACMAN yük” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılmamışdan əvvəl də, hərəkətdə olan zaman, həmin nəqliyyat vasitəsinin üzərində olan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə olunması halı aşkardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “SHACMAN yük” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30-da idarə etdiyi avtomobillə hərəkətdə olan zaman, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyinə görə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasının həddində inzibati xətanın törədilməsində alət olan örtük müsadirə edilməklə, 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət olan örtük müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-193/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-193/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver