Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-194/2022 04.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə qanunsuz küçə ticarəti etməsi səbəblə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olamamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı şəhər N.Nərimanov küçəsində meyvətərəvəz mağazasında işləyir. xx.xx.2022-ci il tarixində işdə olan zaman polis əməkdaşı ona yaxınlaşaraq çölə qoyduğu meyvə-tərəvəzi içəri yığmasını tələb etmiş, o, isə dükan sahibinin xəbəri olmadan yığışdıra bilməyəcəyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində saat 16:45 radələrində Şamaxı şəhər N.Nərimanov küçəsində PPXB-nin tağım komandiri polis leytenantı Elçin Osmanov ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin kücə ticarəti ilə məşğul olmasını aşkar etmişlər. Onlar tərəfindən dəfələrlə ona qanunsuz küçə ticarəti ilə məşğul olmamaması ilə bağlı xəbərdarlıq etməklərinə baxmayaraq o onların qanunu tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmiş, xx.xx.2022-ci il tarixdə onlar onun təkrar qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər və vətəndaşa həmin meyvə tərəvəzi obyektin daxilinə yığılmasını tələb etmişlər, lakin polisin qanuni tələbinə qəsdən tabe olmayaraq aqressiv şəkildə yığışdırmayacağını bildirmiş, onlar onu qanunsuz hərəkətlərinə görə Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq gəlməyəcəyini bildirmiş, onlar məcbur olub fiziki güc tədbiq edərək polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı X2 şahid Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 16:45 radələrində Şamaxı şəhər N.Nərimanov küçəsində PPXB-nin manqa komandiri polis baş serjantı Vüsal Ağacanov ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər. Onlar tərəfindən dəfələrlə ona qanunsuz küçə ticarəti ilə məşğul olmamaması ilə bağlı xəbərdarlıq etməklərinə baxmayaraq o onların qanunu tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. xx.xx.2022-ci il tarixdə onlar onun təkrar qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər və vətəndaşa həmin meyvə tərəvəzi obyektin daxilinə yığılmasını tələb etmişlər, lakin polisin qanuni tələbinə qəsdən tabe olmayaraq aqressiv şəkildə yığışdırmayacağını bildirmiş, onlar onu qanunsuz hərəkətlərinə görə Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq gəlməyəcəyini bildirmiş, onlar məcbur olub fiziki güc tədbiq edərək polis şöbəsinə gətirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-194/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-194/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver