Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-196/2023 14.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 3(074)-196/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200(min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs apelyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 3(074)-196/2023 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs tərəfindən verimiş şikayətin qismən təmin edilməsi, Şamaxı rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 3(074)-196/2023 nömrəli qərarı ləğv edilməsi, işə yenidən baxılması üçün materialın Şamaxı rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahat verib bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-255/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək, Şamaxı rayon X3 göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Şamaxı rayon X3 sifarişli məktubla müraciət olunaraq, qərarın icrası tələb olunmuş, lakin borclu öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 07 mart, 05 may və sentyabr tarixlərində də borcludan icra sənədinin icrası tələb olunsa da, öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şamaxı rayon Birinci Çaylı bələdiyyəsindən icra vərəqəsinin icrası tələb olunmuşlakin borclu öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə protokol tərtib olunaraq, məhkəməyə müraciət edilmişdir. Protokol məhkəmənin icraatına qəbul edildiyi vaxt borclu bələdiyyənin yığıncağı ilə Şamaxı rayon İcra və probasiya şöbəsinə məktub ünvanlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-255/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şamaxı rayon X2 xx.xx.2020-ci il tarixli, 03 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yeni iş yerləri açmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edilməklə, yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şamaxı rayon X2 üzərinə qoyulmuşdur. Şamaxı rayon Birinci Çaylı bələdiyyəsi isə yalnız yığıncaq keçirmişdir. İcra sənədinin icrası ilə bağlı digər hərəkətlər etməmişdir. Borclunun icra vərəqəsini icra etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Borclu məsuliyyətdən yayınmaq üçün protokola birinci instansiya məhkəməsində baxılarkən sadə bir yığıncaq keçirmiş və onun qərarını təqdim etmişdir. Hazırki vaxtadək icra sənədinin icrası ilə bağlı rəsmi sənəd təqdim edilməmişdir. Buna görə də Şamaxı rayon X2 sədri Şəxs Nüsrətdin oğlunun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-255/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, torpaq sahəsinin icarəyə verilməsi barədə onun müraciətinə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edilməklə, yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şamaxı rayon X2 üzərinə qoyulsada, hal-hazıradək müraciətinə baxılmamış və müvafiq qərar qəbul edilməmişdir. Şamaxı rayon Məhkəməsinin qəbul etdiyi qərarla razıdır, qüvvədə qalmasını xahiş edir. Eyni zamanda bildirdi ki, ona torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina olunması ilə bağlı hər hansı bir qərar göndərilməmişdir. Əgər imtina qərarı gəlsəydi həmin qərarı mübahisələndirərdi. Onun göstərdiyi torpaq sahəsi sahibkara ayrıla bilər, amma bələdiyyə sədri öz maraqlarını güdərək həmin torpaq sahəsini ayırmır. Dəfələrlə Bələdiyyə sədrinin mobil telefonuna zəng edilmiş, lakin bir dəfə cavab vermiş demiş ki, görüşək, sonra telefonu söndürmüş, daha sonra cavab verməmişdir. Göstərilənlərə əsasən, Şamaxı rayon X2 sədri Şəxs Nüsrətdin oğlunun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Apellayasiya Məhkəməsinin 2-1(105)-255/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şamaxı rayon X2 xx.xx.2020-ci il tarixli 03 saylı imtinası qanunsuz hesab edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yəni yeni iş yerləri açmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədə tələbkarın müraciətinə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi borclu Şamaxı rayon X2 üzərinə qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya icranı könüllü 10 gün müddətinə təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şamaxı rayon X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli 3109/4 saylı məktubunda görünür ki, icra sənədi icra olunması üçün xx.xx.2022-ci il tarixdə Şamaxı rayon X3 göndərilməsinə baxmayaraq icrası barədə şöbəyə hər-hansı məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şamaxı rayon X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2108/4 saylı məktubunda görünür ki, icra sənədi icra olunması üçün müxtəlif tarixlərdə, yəni xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdə Şamaxı rayon X3 göndərilməsinə baxmayaraq icra sənədi icra olunmamış və şöbəyə hər-hansı rəsmi sənəd məlumat daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2(074)-806/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 üzərinə qoyulan öydəliyi yerinə yetirib Şamaxı rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verilmədiyi təqdirdə tərəflərindən məcburi icra tədbirləri görüləcəkdir. İş materiallarında olan Şamaxı rayon X2 arayışından görünür ki, Şəxs Şamaxı rayon X2 sədri vəzifəsində işləyir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şamaxı rayon X3 ünvanlanmış 17 may 2022-ci il tarixli, 05 may 2023-cü il tarixli və 01 sentyabr 2023-cü il tarixli məktublardan görünür ki, icra sənədinin icra edilməsi və icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilmədiyi halda məcburi icra tədbirləri görüləcəyi barədə məlumat verilmişdir. Bundan başqa məhkəmə Şəxs məhkəmə iclasında iştirakını təmin etmək üçün ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə və məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq o, məhkəmə iclaslarına gəlməmişdir. Lakin iş materiallarından görünür ki, Şəxs şikayətində Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətini və tələbin icrası barədə bildirişi almadığını mübahisələndirməmişdir. Eyni zamanda iş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Şamaxı rayon X2 iclasının qərarından görünür ki, Sumqayıt Apellayasiya Məhkəməsinin 2-1(105)-255/2021 saylı qərarına əsasən X2 üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilməsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edilməklə, Zərərçəkmiş şəxs müraciətinə yenidən baxılması qərara alınmışdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Şəxs Sumqayıt Apellayasiya Məhkəməsinin 2-1(105)-255/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən tam məlumatlı olmuş eyni zamanda nəzərə alınmalıdır ki, bələdiyyənin həmin qərarında hansı tarixdə qəbul edilməsi göstərilməsə də, həmin qərar xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə dail olmuşdur. Göründüyü kimi, Sumqayıt Apellayasiya Məhkəməsinin 2-1(105)-255/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ilə Şamaxı rayon X2 xx.xx.2020-ci il tarixli 03 saylı imtinası qanunsuz hesab edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yəni yeni iş yerləri açmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədə tələbkarın müraciətinə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi borclu Şamaxı rayon X2 üzərinə qoyulsa da Şamaxı rayon Birinci Çaylı bələdiyyəsi tərəfindən yalnız müraciətə yenidən baxılması barədə qərar qəbul edilmiş, torpaq sahəsinin ayrılması və ya bundan imtina olunmasında dair qərar qəbul edilməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 3-cü bəndinə əsasən icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyənləşdirilir. 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. 14-cü bəndinə əsasən hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. İş materiallarından, proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından aydın olur ki, Şamaxı rayon X2 sədri Şəxs tərəfindən torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu və ya bundan imtina barədə müvafiq qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şamaxı rayon X2 sədri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-255/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqələrinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, məhkəmə qərarının lazımi qaydada icrasına laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da Şamaxı rayon X2 sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon X2 sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-196/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-196/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver