Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-198/2022 09.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikası Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Kərkənc kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Şamaxı rayonu, Kərkənc kəndində Şəxs kənd ərazisində spirtli içki qəbul edərək ünvansız nalayıq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, İsmayılla onun arasında mütəmadi olaraq mübahisələr olur. O, bir neçə dəfə onu məhəllədə gördüyü zaman onun ünvanına nalayiq ifadələr işlətmiş, buna səbəb isə o, 6 ay onun evində tikinti işləri gedən zaman nəzarətçi işləmiş, ona 120 manat pul borcludur. Bu vaxta kimi Zərərçəkmiş şəxs borcunu ona qaytarmır və onun barəsində RPŞ-nə şikayət edərək onu məhkəməyə verir onu cərimə etdirir. xx.xx.2022-ci il tarixdə onun heyvanları ona məxsus həyətə girmiş, o heyvanları çıxardmaq üçün, onun həyətinə gəlmiş və o, onun ünvanına nalayiq ifadələrlə söyüşlər söymuşdür. Həmin vaxt İsmayıl ona bildirmişdir ki, onu tutduracaq və onu təhqir etmiş, o, isə cavab olaraq onu təhqir etmişdir. Həmin vaxt o, kənddə öz oğlunu söymüş, lakin İsmayıl onu söydüyünü zənn etmişdir. Əsəbi olduğundan həmin vaxt polis əməkdaşlarını da söymüşdür. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində qonşusu Kərkənc kənd sakini Şəxs heç bir səbəb olmadan uca səslə küçədə onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb təhqir etmişdir. Evinə və həyətinə girməyə çalışır, zor tətbiq etməklə hücum çəkir, kənddən çıxmağını təkidlə tələb edir və bildirir ki, onu sahibkarlıqla məşğul olmağa qoymayacaq, örüş və otlaqlarını yandıracaq, bulaqları uçuraraq su hövzələrinə zəhər atacaq. Şamaxı RİHB-nın Kərkənc kəndi üzrə icra nümayəndəsinə təkid edir ki, İsmayılı kənddən çıxarın. Şəxs hər gün sərxoş vəziyyətdə küçədə onun ünvanına nalayiq söyüşlər söyür təhqir edir. Şəxs şikayətçidir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş olaraq Şamaxı RPŞ-nin polis sahə nəfəri polis baş serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu Kərkənc kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə müraciəti ilə əlaqədar olaraq Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 ilə birlikdə hadisə yerinə getmişlər. Kərkənc kənd sakini Şəxs kənd sakinlərinin, həmçinin Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söydüyünü görmüşlər. Onlar yaxınlaşaraq onu nizam-intizama dəvət edib, etdiyi hərəkələri dayandırmağı tələb etdikdə, o onların qanuni tələblərinə tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar məcbur olaraq, fiziki güc işlədərək həmin şəxsi RPŞ-nə gətirmişlər. Şəxs patrul maşını ilə gətirilən zamanda ona əlqol ataraq söymüşdür. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu Kərkənc kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə müraciəti ilə əlaqədar olaraq Şamaxı RPŞ-nin polis sahə nəfəri polis baş serjantı X3 ilə birlikdə hadisə yerinə getdmişlər, Kərkənc kənd sakini Şəxs kənd sakinlərinin, həmçinin Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söydüyünü görmüşlər. Onlar onlara yaxınlaşaraq onu nizam-intizama dəvət edib, etdiyi hərəkələri dayandırmağı tələb etdikdə, o onların qanuni tələblərinə tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar məcbur olaraq, fiziki güc işlədərək həmin şəxsi RPŞ-nə gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli AZA 016621 nömrəli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin 08 avqust 2022-ci il tarixində saat 22:00-da tutulmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 2.396 promildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş və şahid izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi və məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-198/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-198/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver