Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-198/2023 22.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-1793/2016 saylı məhkəmə əmrinin əsasən borclular Şəxs Ağaməhəmməd oğlundan, X4 və X1 4694,25 ABŞ dolları əsas, 14C5,48 ABŞ dolları faiz borcu, və 149,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 6249,24 ABŞ dolları borc alınaraq "xxxx" ASC-yə verilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Şəxs Ağaı ləhəmməd oğlundan, X4 və X1 "xxxx" ASC-nin xeyrinə 20 manat tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 4209,52 ABŞ dolları borcu vardır. Şəxs dollarla 2 krediti olmuş, onlardan biri üzrə ona verilən kompensasiya məbləği digər borcundan silinmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədindən xəbəri olub, amma o borc məbləği ilə razı deyil. Devalivasiya olub. Banka getmiş, oradan ona deyiblər ki, gəl ödəniş et səninlə güzəştli müqavilə bağlayaq, lakin o, bu şərtlə razı olmayıb. Yoxsa o, hər ay gücü çatanı ödəyərdi. Kredit borcundan onun tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(074)- 1793/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Şəxs Ağaməhəmməd oğlundan, X4 və X1 4694,25 ABŞ dolları əsas, 1405,48 ABŞ dolları faiz borcu, və 149,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 6249,24 ABŞ dolları borc alınaraq "xxxx" ASC-yə verilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Şəxs Ağaı ləhəmməd oğlundan, X4 və X1 "xxxx" ASC-nin xeyrinə 20 manat tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclulara icranı könüllü 10 gün müddətinə təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, borc məbləği X5 oğlunun Şamaxı DSMF-dən aldığı təqaüdünə yönəldilmiş xx.xx.2017-ci il tarixinə kimi vəmi 291.43 USD təqaüdündən tuutlmuş, lakin o vaxtdan indiyə qədər idarədən LPO "xxxx" ASC-yə heç bir vəsait köçürülməmişdir. İş materiallarında olan LPO "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(074)-1793/2016 saylı icra sənədinə əsasən borclu Şəxs Ağaməhəmməd oğlundan, X4 və X1 tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 6249,24 ABŞ dolları və 20 manat dövlət rüsumu borcunun tutulması qət edilmişdir. Borclu Şəxs Ağaməhəmməd oğlundan, X4 və X2 qeyd olunan icra sənədi üzrə hazırda qalıq borcu 4209,52 ABŞ dolları və 20 manat dövlət rüsumu təşkil edir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-75-15/2-159/2023 saylı məktubun surətindən görünür ki, Şəhriyar qəsəbə sakini X5 2017-ci ilin sentyabr ayında vəfat etmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclular Şəxs, X7 məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-198/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-198/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver