Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-199/2022 09.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firdovsi oğlunun iştirakları ilə, xx.xx.1960-cı ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Firdovsi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Firdovsi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X4 X9 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon yol patrul xidməti inspektoru polis baş serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində saat təxminən 14:37 radələrində Şəxs Firdovsi oğlu sürücülük hüququ olmadan “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Şamaxı rayon “Azər” Şadlıq sarayın yanından Bakı-Şamaxı-Yevlax yolunun122 km çıxarkən tələsdiyi üçün həmin yolda hərəkətdə olan X8 LC 300 minik markalı **-PA-*** nömrə nişanlı avtomobilin yoluna çıxaraq yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 idarə etdiyi X8 LC 300 minik markalı **-PA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs Firdovsi oğlu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firdovsi oğlu izahat verib bildirdi ki, o, xx.xx.2022-ci il tarixində saat təxminən 14:30 radələrində “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Şamaxı rayon “Azər” Şadlıq sarayın yanından Bakı-Şamaxı-Yevlax yolunun 122 km çıxarkən tələsdiyi üçün həmin yolda hərəkətdə olan X8 LC 300 minik markalı **-PA-*** nömrə nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşlar. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Törətdiyi əmələ görə çox peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Firdovsi oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun 122-ci km hərəkətdə olarkən həmin kilometrdə yolayrıcından X1 idarə etdiyi X8 LC 300 minik markalı **-PA-*** nömrə nişanlı avtomobilin qarşısına çıxararq yol nəqliyyatı hadisəsi törətmişdir. Hadisə nəticəsində X8 LC 300 minik markalı **-PA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan Şəxs Firdovsi oğlunun sürücülük vəsiqəsinin olubolmaması barədə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin mərkəzi məlumat xidmətinin bazasında yaxlanılmış, Şəxs Firdovsi oğluna məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Firdovsi oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Firdovsi oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Firdovsi oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Firdovsi oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 327.6, və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, və 332.2-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs Firdovsi oğlunun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X4 X7 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Firdovsi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs Firdovsi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X4 X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-199/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-199/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver