Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-2/2023 18.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X13 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 244.2-ci (torpaq sahəsinin üst münbit qatının korlanması) və 247.2-ci maddələrinə (torpaq sahəsinin məqsədli təyinatından kənar başqa məqsədlər üçün istifadə edilməsi) əsasən barəsində xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol onun iştirakı ilə tərtib olunmayıb. Bundan başqa isə yenə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə (torpaq sahəsinin məqsədli təyinatından kənar başqa məqsədlər üçün istifadə edilməsi) əsasən barəsində MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən guya tərəfindən Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 247.2-ci maddəsində (torpaq sahəsinin məqsədli təyinatından kənar başqa məqsədlər üçün istifadə edilməsi) nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qərara əsasən o, X2 Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatından kənar istifadə etdiyindən 500 manat cərimə olunmuşdur. O, həmin qərarı 03 dekabr 2022-ci il tarixdə poçt vasitəsilə almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin müdiri Ağabala Şaqavatov tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, X10 məxsus Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,10 ha torpaq sahəsi ona inzibati xəta haqqında protokol və qərarda qeyd olunduğu kimi kənd təsərrüfatı təyinatlı və məqsədləri üçün deyil, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 23 saylı qərarı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə verilmişdir. Bunun üçün F.Bağırova bələdiyyənin hesabına müvafiq ödəniş də etmişdir. Bundan başqa, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 kitabında xx.xx.2014-cü il tarixdə 666 nömrə ilə uçota alınmış A №529721 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi də verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və şikayət verən X11 məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayət verən X13 məhkəmə iclasında iştirak etməmişdir. X4 tərəfindən səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Ona görə də, məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-301/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/23 saylı rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və “kadastrportalı.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən X10 ayrılmış 0,10 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən eilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X3 qərarı ilə Bağırova Fəridə qızına ayrılmış torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsini məqsədli təyinatdan kənar istifadə etmişdir. Fiziki şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 Fəridə qızına Çuxuryurd Bələdiyyəsinin qərarı ilə verilmiş 0,10 ha sahədə ev tikmək məqsədilə qazıntı işləri aparmış, nəticədə torpağın üst münbit qatı korlanaraq təyinatı dəyişib. Fiziki şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 kitabında xx.xx.2014-cü il tarixdə 666 nömrə ilə uçota alınmış A №529721 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, Bağırova Fəridə qızına Çuxuryurd Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 23 saylı qərarı ilə verilmiş 1000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində kənd təsərrüfatı təyinatlı sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan, faktiki olaraq X7 istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində kənd təsərrüfatı təyinatlı sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Bundan əlavə inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olan protokoldan görünür ki, inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən inzibati xəta törədən şəxsin izahatı alınmamış, onun iştirakı təmin olunmamış, ona hüquq və vəzifələri izah edilməmiş, protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X7 barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi X1 barəsində olan xx.xx.2022-ci il tarixli, MN 1388051nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə göndərilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pul dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X9 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-2/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-2/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver