Məhkəmə qərarları › İş №3(074)-200/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-200/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-200/2025 19.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X1” şirkətində memar vəzifəsində işləyən, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 15000 manat və iddiaçı tərəfinən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun iş yeri müəyyən olunduqdan sonra, icra sənədinin surəti icra olunması üçün borclunun iş yeri üzrə “X1” şirkətinə göndərilmiş və borc məbləğindən müəyyən ödənişlər olmuşdur. Eyni zamanda, borclu özü də, tələbkarın kart hesabına ödənişlər etmişdir. Lakin, buna baxmayaraq, icra sənədi üzrə tutulmalı olan borcun əksər hissəsi ödənilməmişdir. Borclu Şəxs hazırda icra sənədi üzrə qalıq borcunun məbləği 16893 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ondan 15000 manat və iddiaçı tərəfinən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. O, borcunu ödəməkdən imtina etmir, lakin qeyd edilən məbləği birdəfəlik ödəməyə imkanı çatmır. Buna baxmayaraq, onun əmək haqqısından tutulmalar aparılır və bundan başqa, tələbkara olan borcundan kart vasitəsilə ödənişlər etmişdir. Odur ki, məhkəmədən qərar qəbul edilərkən, qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 15000 manat və yenidən görülən təmir işlərinə görə 4902 manat olmaqla, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq, ona ödənilməlidir. Şəxs icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda borcunun məbləği 16893 manat təşkil edir. Lakin, o, borcun hissə-hissə ödənilməsinə razı deyildir. Ona görə də, Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 15000 manat və iddiaçı tərəfinən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsi “X1” şirkətinə ünvanladığı müraciətində göstərmişdir ki, “Elektron İcra İnformasiya” sistemindən borclu Şəxs şirkətdə memar vəzifəsində işləməsi məlum olmuşdur. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən, borclu Şəxs əmək haqqından hər ay 50% tutularaq, tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilməlidir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surəti “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinə əsasən, icra olunması üçün Sizə göndərilir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs icra sənədi üzrə borcundan müxtəlif tarixlərdə ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar