Məhkəmə qərarları › İş №3(074)-201/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-201/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-201/2025 21.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi-qardaşı NümayəndəTərxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Şamaxı rayonu, Ovculu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, Şamaxı rayonu, Ovculu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 2(074)-379/2019 saylı icra vərəqəsinə əsasən, Şamaxı rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(074)-141/2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılması və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 255 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Daha sonra Şamaxı rayon Məhkəməsinin 8(074)-20/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərardadına əsasən Şamaxı Rayon Məhkəməsinin 2(074)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Həmin qərar icra edilməsi üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədində göstərilmiş tələbi icra etməmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Borclu borcundan hissə-hissə ödəniş etsədə, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 1208 manat borcu vardır. Belə ki, borclu 2025-ci ilin fevral ayında 242 manat, mart ayında 242 manat ödəni etmiş, aprel ayından isə ümumiyyətlə ödəniş etməmişdir. Borclu bu gün maddi imkanı olmadığı üçün borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədinin icrasından boyun qaçırmır, sadəcə onurğasında yaranmış xəstəliklə bağlı əməliyyat olunmuş və bu səbəbdən aprel ayında aliment borcunu ödəyə bilməmişdir. Səhhətində yaranmış xəstəliklə bağlı olaraq yaranmış 1208 manat alimenti ödəyə bilməmişdir. Onun ümumiyyətlə 255 manatdan çox aliment ödəməyə maddi imkanı yoxdur. Buna görə də o, elə əvvəlki qaydada hər ay 255 manat aliment ödəyəcəkdir. Bundan başqa o, yenidən ailə qurmuş və həmin nikahdan bir uşağı vardır. Göstərilən aliment borcundan hazırda heç bir ödəniş edə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi-qardaşı NümayəndəTərxan oğlu izahat verib bildirdi ki, cavabdeh məhkəmə qərardadında nəzərdə tutulan tarixdən, yəni xx.xx.2025-ci ildən başlayaraq bu günə kimi məhkəmə aktı ilə müəyyən olunmuş aliment məbləğindən hal-hazıra kimi 242 manat ödəniş etmişdir. Məhkəmə qərardadında göstərilən xx.xx.2025-ci il tarixdən hal-hazıra kimi 3 ay müddət ötmüşdür. Şəxs 3 ay üçün 242 manat alimen ödəmiş, lakin borclu Şəxs 2025-ci ilin fevral, mart, aprel ayı üçün 100 bütövlükdə 242 manat aliment borcunun ödənilməsini təmin etməmişdir. Buna görə də barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-379/2019 saylı, 04 aprel 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2(074)-141/2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılaraq və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 255 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 29 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 29 oktyabr 2025-ci il tarixli 3916/4 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-20/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərardadının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, cavabdeh məhkəmə qərardadında nəzərdə tutulan tarixdən, yəni xx.xx.2025-ci ildən başlayaraq bu günə kimi məhkəmə aktı ilə müəyyən olunmuş aliment məbləğindən halhazıra kimi 242 manat ödəniş etmişdir. Məhkəmə qərardadında göstərilən xx.xx.2025-ci il tarixdən hal-hazıra kimi 3 ay müddət ötmüşdür. Borclu Şəxs 3 ay üçün 242 manat aliment ödəmiş, lakin borclu Şəxs 2025-ci ilin fevral, mart, aprel ayı üçün 100 bütövlükdə 242 manat aliment borcunun ödənilməsini təmin etməmişdir. Cavabdeh məhkəmə qərardadında nəzərdə tutulmuş tarixdən hal-hazıradək məhkəmə aktı ilə müəyyən edilmiş alimentin yalnız 242 manatını ödəniş, yerdə qalan 1208 manat ödənilməsini təmin etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 may 2025-ci tarix, saat 17:25-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar