Məhkəmə qərarları › İş №3(074)-202/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-202/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-202/2022 11.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Şamaxı rayonu, Əngəxaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 21:15 radələrində Şamaxı rayon Əngəxaran kənd ərazisində özünə məxsus avtomaşınla Şamaxı şəhəri istiqamətində hərəkət edərkən X5 avtomaşınını saxlayaraq avtomaşının arxa hissəsinin çox aşağı olmasını və arxa pəncərələrdə pərdə olmasını izah etmişlər, ondan avtomaşının açarlarını istədikdə o, açarları verməmiş və avtomaşını dayanacağa qədər özü idarə edəcəyini bildirib, ucadan nalayiq ifadələr işlətmişdir. Bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, “MEDLAB” klinikasına müayinədən keçmək üçün aparılmış, klinikada müayinədən keçməydən imtina edərək polisin ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Müayinədən keçən zaman narkotik vasitələrinin təsiri altında olması müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində Şamaxı rayon Əngəxaran kəndi ərazisində özünə məxsus “TOFAŞ” markalı **-NP-*** nömrəli avtomaşınla Şamaxı şəhəri istiqamətində hərəkət edərkən X5 avtomaşınını saxlayaraq avtomaşının arxa hissəsi çox aşağı olmasını bildirmişlər və arxa pəncərələrdə pərdə olmasını izah etmişlər. Ondan avtomaşının açarlarını istədikdə o, açarları vermədiyini və avtomaşını dayanacağa qədər özünün idarə edəcəyimi bildirmiş, bununla bağlı polis əməkdaşları ilə aralarında mübahisə yarandığından daha sonra onu rayon polis şöbəsinə və sonra onu “MEDLAB” klinikasına müayinədən keçmək üçün aparmışlar. Klinikada olarkən polis əməkdaşları onun kəmərindən tutduqda o, əsəbləşmiş və bu səbəbdəndə o, müayinədən keçməkdən imtina etmiş, lakin sonradan müayinədən keçmişdir. Hadisədən əvvəl narkotik vasitələrdən istifadə etməmiş, lakin əvvəllər narkotik vasitədən istifadə etmişdir. Bu halların nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində Şamaxı rayon Əngəxaran kəndi ərazisində YPX-nin inspektorları polis kapitanı Fərid Məlikov və polis serjantı Azər Badurayev ilə birlikdə xidmətdə olarkən, TOFAŞ markalı **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü arxa yayları kəsilmiş, yan şüşələrə pərdə vurduğu üçün tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim edib sənədlərinə baxarkən məlum olmuş ki, avtomobilin iki aydan çox ödənilməmiş cərimələri var. Cərimələr olduğu üçün sürücü Şəxs avtomaşının açarlarını təqdim etməsini istədikdə, o, özünü aqressiv apararaq açarları təqdim etmək istəməmiş, qaçıb uzaqlaşmaq istəmişdir. Onu nizam intizama dəvət etmişlər, lakin o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Daha sonra onlar həmin şəxsi patrul maşınına əyləşdirərək Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Sürücünün sərxoş olmasından şübhələnib yoxlamadan keçirmək istəyərkən o, şöbədən qaçmaq istəmiş, pöst patrul xidməti əməkdaşlarının köməkliyi ilə sürücünü “MEDLAB” klinikasına müayinədən keçmək üçün aparmışlar, orada müayinədən keçməkdən imtina edərək klinikanın qapısından qaçmaq istədikdə onlar onu intizama dəvət etsələrdə o, öz əməllərindən əl çəkməyərək onların qanuni tələblərinə tabe olmamışdır. Müayinədən keçdikdən sonra məlum olmuş ki, vətəndaş Şəxs narkotik vasitələrin təsiri altında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru polis baş serjantı X3 və RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı X8 şahid polis serjantı X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində xidmətdə olarkən KİA markal **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində polis baş serjantı X7-Pirqulu yolunun 5-ci kilometrliyində hərəkətdə olan “Tofaş” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomaşın konstruksiya dəyişikliyi, arxa yayları kəsilmiş, yan şüşələrə tətbiqinə icazə verilməyən pərdə-örtük çəkdiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə özünü təqdim edib sənədlərinə baxarkən məlum olmuşdur ki, sürücü Şəxs sürücülük hüququ məhdudlaşdırılıb və avtomaşının 3 aydan çox ödənməyən cərimə borcları vardır. Sürücüyə bildirildikdə ki, avtomaşın duracağa yerləşdiriləcək, o, açarları verməkdən imtina edərək qəsdən polisin qanuni tələbinə tabe olamayaraq kobudluq etməyə başlamışdır. Onlar həmin vətəndaşı RPŞ-nə gətirdikdə, RPŞ-də sürücü avtomaşının açarlarını verməkdən imtina edərək aqressiv hərəkətlər etməyə başlamış, həmin sürücünün hərəkətlərindən şübhələnib həmin şəxsi spirtli içki və ya narkotik vasitə qəbul edibetməməsinisoruşduqda o, yenidən onlarla aqressiv danışaraq RPŞ-dən qaçmaq istədiyindən, onun narkotik vasitə təsiri altında olmasından şübhələnib həmin şəxsi PPXnin köməkliyi ilə müayinədən keçirmək üçün “Medilab” klinikasına aparmışlar. Klinikada həmin şəxs analiz verən zaman onun narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olunmuşdur. Həmin şəxs klinikadan müayinədən keçən zaman yenidən onlara müqavimət göstərərk oradann qaçmağa cəhd etmiş, onlar onu polisin qanuni tələbinə tabe olmasını tələb etsələrdə o, qəsdən polisin qanuni tələbinə tabe olmamış, onu PPX-nin köməkliyi ilə RPŞ-nə gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli AZA 016622 nömrəli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin 10 avqust 2022-ci il tarixində saat 21:30-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “MEDLAB” Klinik Laboratoriyasının arayışından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:19-da marixuana və barbiture maddələri üzrə test nəticələri pozitivdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar