Məhkəmə qərarları › İş №3(074)-203/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-203/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-203/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin nümayəndəsi X15, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X12 iştirakları ilə, şikayətçi Azərbaycan Milli Elmlə Akademiyası N.Tusi adına X2 direktoru X12 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X19 məhkəməyə müraciət edərək Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin rəisi X6 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru olaraq barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsinə dair xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək, inzibati xəta törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X19 izahat verib bildirdi ki, X7 onun əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və "İnzibati tənbeh vermə haqqında" xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli qərarla barəsindədə 1500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəfindən əmək qanunvericiliyinin şərtləri pozulmayıb. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. X14 ilə əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilə hər iki tərəf (işəgötürən və işçi) imzalamış, bağlanan əmək müqaviləsinin nüsxəsi İşçiyə təqdim edilmiş və işçi müqavilənin nüsxəsini almasına dair müvafiq jurnalda imza da etmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə görə, X18 - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X5 (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1 -ci hissəsinin "h" bəndinə əsasən, X18ni elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla)əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Əslinə qalanda, Rəsədxana tərəfindən Günel Cahangirova ilə əmək müqaviləsinə xitam verilərkən onun hüquqları pozulmamış, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 -ci hissəsi ilə (əmək müqaviləsinin müddətinin başa çatması) düzgün olaraq xitam verilmiş, əmək müqaviləsinə xitam verilərkən, həmin məcəllənin 77-ci maddəsində nəzərdə tutulan bütün təminatlar yerinə yetirilmişdir. Rəsədxananın pozuntusu ondan ibarət olmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi və ya yeni əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatlar Rəsədxananın buna məsul olan işçisi tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmiş, yəni bu halda, işçi ilə hər dəfə yeni əmək müqaviləsi bağlandıqda, o, bunu əvvəlki əmək müqaviləsinə dəyişiklik kimi daxil etmişdir. Eyni zamanda, hər nə qədər işçi X25 Məcəlləsinin 45-ci maddəsinə istinad edərək, əvvəllər onunla müddətsiz əmək müqaviləsinin bağlanmasını, sonradan isə onunla bağlanmış əmək müqavilələri müddətli olsa da, həmin müqavilələr üzrə 5 ildən artıq fasiləsiz işlədiyindən, əmək müqaviləsinin müddətsiz hesab edilməli olduğunu bildirsə də, bir şeyi nəzərdən qaçırmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsi müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsinin hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilmədiyni ehtiva edir. Lakin, bildirdiyi kimi, Günel Cahangirova ilə müddətli əmək müqavilələri bağlandıqda, o, həmin müqavilələri imzalamaqla, müddətli əmək müqavilələrinin bağlanmasına razılığını bildirmiş hesab edilir. Eyni maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin normanın məzmununda "müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi" sözləri hərfi mənada başa düşülməməlidir. Çünki, "müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi" sözləri deyilərkən, düşünürük ki, qanunverici müddətli bağlanmış bir əmək müqaviləsi üzrə əmək münasibətlərinin onun müddətinin uzadılması yolu ilə fasiləsiz olaraq 5 ildən artıq davam etməsini nəzərdə tutmuşdur. Hazırki halda isə işçi ilə əvvəlki əmək müqaviləsinin müddəti bitdikdə, həmin əmək müqaviləsinin müddəti uzadılmamış, onunla hər dəfə yeni əmək müqaviləsi bağlanmış və tərəflər arasında yeni əmək münasibətləri yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin dispozisiyası işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Lakin, işçinin əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmadığını və İşəgötürən olaraq əməldə inzibati xəta tərkibini istisna edir: Əmək müqaviləsi müddətli olduğundan və müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən, xx.xx.2020-ci il tarixli 01-k saylı əmrlə ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsi ilə işçi tutduğu vəzifədən azad edilmişdir; İşçiyə elə həmin gün əmrin surəti təqdim edilərək, o, əmrlə tanış edilsə də, sonuncu buna dair müvafiq imza etməkdən imtina etdiyindən, həm əmrin surəti, həm də əmək kitabçası poçt vasitəsilə ona göndərilmişdir; İşçinin işdən çıxarılması ilə əlaqədar müvafiq son haqq hesab aparılaraq, hesablanmış məbləğin işçinin hesabına ödənilməsi təmin edilmişdir; Əmək müqaviləsinə xitam verilməsinə dair məlumat elektron informasiya sisteminə daxil edilmişdir. Əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə düzgün daxil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin tələblərinə görə, yalnız aşağıdakı inzibati xətalara görə inzibati tənbehin tətbiq edilməsi onun törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər: Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları; xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları; qrant müqavilələri müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları; maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə; hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə; hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə; qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına; xırda talamaya görə. Göründüyü kimi, əmək qanunvericiliyin pozulmasına görə inzibati xətalar sadaladığım kateqoriyadan olan inzibati xətalara aid edilmədiyindən, həmin xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək, yəni bu halda, inzibati tənbeh tətbiq etmənin son müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir. Ona görə də, inzibati xəta törədilməsinə dair işə baxan səlahiyyətli orqana müddətin keçməsi ilə əlaqədar hazırki inzibati xəta törədilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə yazılı müraciət etsə də, müraciət təmin edilməmiş və nəticədə yuxarıda qeyd etdiyim qərar qəbul edilmişdir. Odur ki, Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin rəisi X6 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru olaraq barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsinə dair xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək, inzibati xəta törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasıda iştirak edən Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin nümayəndəsi X15 izahat verib bildirdi ki, X13 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinə müraciət edərək, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsi tərəfindən araşdırma aparılmış və Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru olaraq barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsinə dair xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Hesab edirlərki protokol və qərar tam qanuni əsaslarla qəbul edilmiş və qanun tələblərinə riayət olunmuşdur. Odur ki, şikayətin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan İş materiallarında olan əmək müqaviləsinin (kontrakt) 2.3-cü bəndindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X16 işçi X10 ilə bağlanmış əmək müqaviləsi AR ƏM maddə 47 bənd f (tərəflərin qarşılıqlı razılığı) səbəbə görə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmrindən görünür ki, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı X10 ilə bağlanmış 43 saylı xx.xx.2019-xx.xx.2019cu il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitdiyini əsas tutaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsin 1-ci bəndinə uyğun olaraq ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı X10 ilə bağlanmış xx.xx.2019-xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixində xitam verilməsi və ona son haqq-hesab ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X20 Şöbəsinin X9 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, onun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********8 saylı qeydiyyatla birbaşa daxil olmuş, 2007ci ildən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 laborant vəzifəsində çalışmağın, xx xxxxxx 2010-cu il tarixdən müddətli əmək müqaviləsi ilə işləməyi, xx xxxxxx 2020-ci il tarixdə ŞAR-ın 01-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verildiyini və AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən X3 öz işinizə bərpa olunmağınıza köməklik göstərilməsi ilə əlaqədar DƏMX-in X20 Şöbəsinə ünvanladığınız müraciətinizin qanunvericiliyin tələblərinə uyğun araşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 xx xxxx 2020-ci il tarixli **********5 saylı məktub göndərilərək müvafiq sənədlərin Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Eyni zamanda sizə də rəsmi məktub göndərilərək araşdırmada iştirak etmək üçün şöbəyə dəvət edilmisiniz. Araşdırma sizin yazdığınız izahat və müraciətə əlavə etdiyiniz sənədlər, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 göndərilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********2 saylı qeydiyyatla daxil olmuş xx xxxx 2020-ci il tarixli 32/72(Ş) saylı məktub və ona əlavə edilmiş sənədlər, eləcə də X11 X5 qeydiyyata alınmış məlumatlar əsasında aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, siz xx xxxx 2007-ci il tarixli 06-“k” saylı əmrlə X4 xx.xx.2007-ci il tarixdən laborant vəzifəsinə təyin edilmisiniz və sizinlə əmək müqaviləsi bağlanılaraq xx.xx.2014-cü il tarixdən X11 Alt Sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı X18ndən müəyyən olundu ki, sizinlə xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 5 il müddətinə olmaqla müddətli əmək müqaviləsi bağlanılmış, qeyd olunan müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmədən əmək müqaviləsində dəyişiklik edilməklə müqavilənin müddəti 1 il olmaqla xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bu əməliyyat növbəti 2017-2019-cu illərdə də təkrarlanmış və əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək artırılmışdır. Qeyd olunan dəyişikliklər Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğun oiaraq X18 Alt Sistemində (ƏMBAS) qeydiyyata alınmışdır. X13 xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 fasiləsiz olaraq 10 il müddətində müddətli əmək müqaviləsi ilə işləmisiniz. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən ...“Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”... . Deməli, sizinlə bağlanılmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmr və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X18ndən məlum olur ki, sizinlə bağlanmış əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitdiyi əsas götürülərək AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir ki, bu da öz növbəsində inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Əlavə iddia və tələbləri olarsa müvafiq məhkəmə orqanlarına müraciət edə bilmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının surətindən görünür ki, xx xxxx 2020-ci il tarixli prtokola əsasən AMEA N.Tusi adına X2 laborantı X8 əmək müqabiləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X19 İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat inzibati cərimə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, xx xxxxx 2007-ci ildən X13 Azərbaycan Milli Elmlə Akademiyası N.Tusi adına X3 böyük laborant kimi əmək fəaliyyətinə başlamış və onunla xx xxxxxx 2010-cu ildə 5 illik, xx xxxxxx 2015-ci ildə 1 illik, xx xxxxxx 2016-cı ildə 1 illik, xx xxxxxx 2017-ci ildə 1.5 illik, xx xxxx 2018-ci ildə 1 illik və xx xxxx 2019-cu ildə 6 aylıq müddətli əmək müqavilələri bağlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktorunun xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmri ilə əmək müqaviləsinin müddəti qurtardığı üçün X13 ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. X13 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinə hüququnun pozulması barədə xx xxxx 2020-ci il tarixdə müraciət etmiş və Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı Azərbaycan Milli Elmlə Akademiyası N.Tusi adına X2 direktoru X19 İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktorunun xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmri ilə əmək müqaviləsinin müddəti qurtardığı üçün X13 ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. X13 isə 3 aylıq müddəti ötürdükdən sonra xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinə hüququnun pozulması barədə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati işə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə, işə baxan hakim bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat inzibati cərimə edilməsi barədə Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X12 şikayəti təmin olunsun. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat inzibati cərimə edilməsi barədə Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X20 şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar