Məhkəmə qərarları › İş №3(074)-203/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-203/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-203/2023 24.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsinin nümayəndəsi X7, Şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsinin MN ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 700 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X9 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarla onun barəsində 700 (yeddi yüz) manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas DƏMX-nın X15 Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. O, DƏMX-nın X15 Şöbəsinin qərarı ilə qəti razı deyil, həmin qərarı əsassız və qanunsuz hesab etdiyindən qərarın məhkəmə tərəfindən ləğv edilməsini istəyir. İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokolda onun tərəfindən guya Əmək Məcəlləsinin 83.2 ,172.4 və 178.1 maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. X15 Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 3059 nömrəli sərəncamına əsasən 04 may 2022-ci il tarixdə yaranmış və Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarını əhatə edir. Dağlıq Şirvan RTİ Respublika büdcəsindən maliyyələşir (Fond 1). Tərəflərindən hər ayın 15-dən 20 tarixə kimi ay ərzində tələb olunan pul sifarişləri hazırlanır və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə Sektoruna təqdim olunur. Təqdim olunmuş pul sifarişləri Elm və Təhsil Nazirliyini tərəfindən Maliyyə Nazirliyinə təqdim olunur və hər ayın 20-25-nə qədər maliyyə vəsaiti açılır və tərəflərindən portal.dxa.gov.az portalı vasitəsi ilə əməliyyatlar (Öhdəlik, Mas və s.) aparılır və "xxxx" ASC-də olan hesablara pul daxil olduqdan sonra müştəri bank proqramı vasitəsi ilə pul vəsaitləri vətəndaşların bank hesabına köçürülür. Məlumatların dəqiqliyini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, eləcədə 14 saylı Regional Xəzinədarlıq İdarəsindəndə əldə edə bilərik. Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin 14 fevral 2013-cü il DA-01-03-203-1058 nömrəli məktubu ilə pensiya və müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüdlərin və sosial müavinətlərin, rayon və şəhərlərin yerli xərclərindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar üzrə əmək haqqı xərclərinin həyata keçirilməsi məqsədilə qrafik müəyyən olunmuş və təhsil xərclərindən maliyyələşən təşkilatlar üçün növbəti ayın 3-5 dək müəyyən olunmuşdur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsinin xx.xx.2023-cü il tarixli 3/7-5/2-16474/2023 nömrəli məktubuna uyğun olaraq Dağlıq Şirvan RTİ tərəfindən Qobustan rayon sakini X1 X15 Təhsil İdarəsinin Maliyyə- İqtisadiyyat sektorunun Qobustan rayonu üzrə aparıcı məsləhətçisi vəzifəsində işləməsi, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməməsi, son haqq-hesabın ödənilməsinə və pozulmuş əmək hüquqlarının bərpa olunması ilə bağlı qeyd olunan məsələnin həllində iştirak etmək üçün X15 Təhsil İdarəsi tərəfindən məsul şəxs olaraq Maliyyə-İqtisadiyyat sektorunun aparıcı məsləhətçisi X2 təyin edilmişdir. O, xx.xx.2023-cü il tarixdən 34 günlük əmək məzuniyyətinə buraxılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən göndərilmiş sənədlər idarəyə verilmiş və tərtib olunmuş protokol və qərarlardan məlumatsız olmuş və sənədlərin qəbulu onun tərəfindən həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X15 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Qobustan rayon üzrə aparıcı məsləhtçisi işləmiş X5 xx.xx.2023-cü il tarixdə işdən çıxmaq barədə ərizə yazmış, ona bir neçə gün möhlət verilmiş sonra isə işdən çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən X15 Təhsil idarəsinin maliyyə hesabına vəsait açılmış və hesablanmış bütün müavinatlar xx.xx.2023-cü il tarixdə X1 bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, X4 məzuniyyətdə olması heç də onun inzibati məsuliyyətdən azad olması anlamına gəlmir. Vətəndaşın son haqq-hesabı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə deyil, gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Odur ki, məhkəmədən X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və onun barəsində qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə xx.xx.2023-cü il tarixdə ünvanlanan məktubun surətindən görünür ki, X10 Xidmətinin X15 şöbəsinə xx.xx.2023-cü il tarixdə birbaşa daxil olmuş Qobustan rayon sakini X3 X15 Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektorunun Qobustan rayonu üzrə aparıcı məsləhətçisi vəzifəsində işləməsi, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməməsi, son haqq-hesabın ödənilməsinə və pozulmuş əmək hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin X15 şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X15 şöbəsində araşdırılır. Bununla əlaqədar müraciətə aydınlıq gətirməyiniz və müraciətdə adı qeyd olunan şəxsə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədləri “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikasının qanununa uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq X10 Xidmətinin X15 şöbəsinə (İsmayıllı şəhəri, H. Əliyev prospekti 8; tel 020-28-5-30-12) təqdim etməkləri xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X10 Xidmətinin X15 şöbəsinə xx.xx.2023-cü il tarixdə birbaşa daxil olmuş Qobustan rayon sakini X3 X15 Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektorunun Qobustan rayonu üzrə aparıcı məsləhətçisi vəzifəsində işləməsi, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməməsi, son haqq-hesabın ödənilməsinə və pozulmuş əmək hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin X15 şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X15 şöbəsində araşdırılır X10 Xidmətinin X15 şöbəsinə daxil olmuş məlumatlara baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 16 may 2023-cü il tarixdə saat 11:00-da X10 Xidmətinin X15 şöbəsinə (İsmayıllı şəhəri H.Əliyev prospekti 8; tel 020-28-5-30-12) dəvət olunmuşdur. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X15 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli M-83 saylı əmrindən görünür ki, Dağlıq Şirvan RTİ-nin Maliyyə-İqtisadiyyat sektorunun müdiri X6 05 may 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək 34 təqvim günü əmək məzuniyyəti verilmiş, “Qələbə Günü”-09 may, “Müstəqillik Günü”-28 ma məzuniyyət dövrünə təsadüf etdiyindən Aqil Atakişiyev 12 iyun 2023-cü il tarixdən işə başlanılması göstərilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsinin Maliyyə iqtisadiyyat sektorunun müdiri Aqil Atakişiyevə xx.xx.2023-cü il tarixdə ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında X10 Xidmətinin X15 şöbəsinin 17 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 22 may 2023-cü il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X10 Xidmətinin X15 şöbəsinə (İsmayıllı şəhəri H.Əliyev prospekti 8; tel 020-28-5-30-12) çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X15 Təhsil İdarəsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq bildirirlmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 göndərdiyi bildirişlər X15 Təhsil İdarəsinə çatmışdır. X9 məzuniyyətdə olduğu üçün bildirişlərin çatdırılmasında gecikmələr olmuşdur. X15 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Qobustan rayon üzrə aparıcı məsləhtçisi işləmiş X5 xx.xx.2023-cü il tarixdə öz ərizəsinə əsasən işdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən X15 Təhsil idarəsinin maliyyə hesabına vəsait açılmış və hesablanmış bütün müavinatlar (son haqq-hesab) xx.xx.2023-cü il tarixdə X1 bank hesabına köçürülmüşdür. Maliyyə sektorunun müdri vəzifəsinin təlimatına gəldikdə Regionun maliyyə təsərrüfat fəaliyyətlərini düzgün hərəkətinin təşkili və təmin edilməsinə, Maliyyə Nazirliyinə, eləcə də Elm və Təhsil Nazirliyinə vaxtında və düzgün maliyyə hesabatlarını verilməsinə cavabdehdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qeyd edilən Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Aqil Atakişiyev şikayətində xx.xx.2023-cü il tarixdən əmək məzuniyyətində olmasını göstərsə də məhkəmə hesab edir ki, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Belə ki, iş materiallarında olan sənədlərdən, proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından görünür ki, X15 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Qobustan rayon üzrə aparıcı məsləhtçisi işləmiş X5 xx.xx.2023-cü il tarixdə öz ərizəsinə əsasən işdən çıxmış və ona hesablanmış bütün müavinatlar (son haqq-hesab) xx.xx.2023cü il tarixdə X1 bank hesabına köçürülmüşdür. Belə olan halda X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 şöbəsinin MN ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar