Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-203/2025 26.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı, Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə Şamaxı rayonu, Məlhəm kəndində yaşayan Zərərçəkmiş şəxs müraciətində Şəxs tərəfindən döyülməsini göstərərək, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat bölməsində aparılmış araşdırma zamanı, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar və 07 aprel 2025-ci il tarixli 51 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Şəxs əməli hazırki qanunvericiliyə əsasən, Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, qərarın surəti Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, Şəxs barəsində tədbir görülməsi üçün RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs gəlini olmaqla, həmin şəxslə münasibəti ümumiyyətlə elədə yaxşı olmamış, aralarında bir neçə dəfə mübahisələr olmuşdur. Şamaxı rayonu Məlhəm kəndində yerləşən evinin həyətində iki ev vardır. Zərərçəkmiş şəxs həmin evlərin özünə məxsus olduğunu bildirərək, onun evdən çıxmağını tələb edir. O, isə evlərin həyat yoldaşından ona qaldığnı və digər övladları ilə razılaşıb, evlərdən birini ona verəcəyini deyir. Günay isə evin ikisinin də, ondan alaçağını qeyd etmişdir. 01 aprel 2025-ci il tarixdə, axşam saatlarında işdən evə qayıtmış və evin qapısının acıq olduğunu və heyvanların qapıya girdiyini, bağçanı dağıtdığını görmüşdür. O, isə qapının kimin açdığını demiş və heyvanları çıxardan zaman, evin içərisindən üzərinə Zərərçəkmiş şəxs gələrək, “yaxşı edirəm qapını açıq qoymuşam, ev mənimdir mən özüm bilərəm” demişdir. Həmin vaxt Günay onun yaxasından tutmaq istəmiş o isə, qorxduğu üçün əlində olan ağacla sağa-sola hərəkət edib, Günayı özündən uzaqlaşdırmışdır. Günay isə evin qapısından çıxıb, onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Sonradan Zərərçəkmiş şəxs onun barəsində polisə məlumat verdiyini bilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs keçmiş qaynanası olmaqla, həmin şəxslə münasibətləri ümumiyyətlə yaxşı olmamış, aralarında dəfələrlə mübahisələr olmuşdur. Onların aralarında olan mübahisələrə səbəb - qaynatası Sabir Bədirovun evi və əri Arifin tikdiyi ev olmuşdur. Qaynatası Sabir vəfat etdikdən sonra, Şəxs həm qaynatası Sabirin evinin, həm də, əri Arifin evinin özünə məxsus olduğunu bildirərək, onun evdən çıxmağını tələb etmişdir. O isə, evlərin əri Arif və ona məxsus olduğunu bildirəndə, onu təhqir edərək, evə bu buraxmayacağnı deyərək, onu hədələməyə başlayırdır. 01 aprel 2025-ci il tarixdə, axşam saatlarında bir sıra əşyalarını götürmək üçün Məlhəm kəndində yerləşən Şəxs yaşadığı, lakin ona və əri Arifə məxsus evə getmişdir. Şəxs onu evin həyətində görən zaman, əsəbi halda onun üzərinə gələrək, evlə bağlı nəyə görə məhkəməyə müraciət etməsini deyib, onu nəlayiq sözlərlə təhqir etmiş və əlindəki ağacla onun müxtəlif nahiyyələrinə vurmuşdur. Həmin vaxtı onun yanında azyaşlı oğlu olduğu üçün, o, tez oğlunu götürüb, evdən uzaqlaşmışdır. 01 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X2 təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və material baxılması üçün Şamaxı RPŞ-nin İT-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-203/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-203/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver