Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-204/2023 08.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida X1 X7 nümayəndələri X6 və X9, şikayət vermiş şəxs - X2 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1 X12 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 16 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Qida X1 X12 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 16 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Şamaxı“ restoranının inzibatçısıdır və Azərbaycan Respublikası Qida X1 X7 16 may 2023-cü il tarixli qərarı ilə cərimə olunmuş, lakin qərarın surətini 17 may 2023-cü il tarixdə almışdır. Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsinə əsasən, 2000 manat cərimə olunmuşdur. Qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, qərarda göstərilmişdir ki, saxlama müddəti ötmüş malların satılması aşkar edilmişdir. Bunlar həqiqətə uyğun deyildir. Belə ki, məhsul kənara geri qaytarılması üçün yığılmış, heç bir satış aparılmamış və satış sübuta yetməmişdir. Faktiki olaraq qeyd edilən maddə tədbiq edilə bilməz, ona görə ki, inzibati xəta yoxdur. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək, barəsində Azərbaycan Respublikası Qida X1 X12 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 16 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X7 nümayəndəsi X10 izahat verərək bildirdi ki, “Şamaxı” restoranında istifadə müddəti bitmiş məhsulların satışı, məhsulların saxlama qaydalarının pozulmasına yol verilmişdir. Bu barədə çəkiliş aparılmışdır. Çəkiliş aparılmış diski məhkəməyə təqdim edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X7 nümayəndəsi X9 digər nümayəndə X10 ilə oxşar izahat verib, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X7 MN ******* nömrəli, 16 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şamaxı şəhəri, Bakı-Qazax yolunun yolunun 125 km yerləşən “Şamaxı” restoranında saxlama müddəti ötmüş məhsuların satılması aşkarlanmışdır. Vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 2000( iki min ) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X7 MN ******* nömrəli, 06 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, Bakı-Qazax yolunun 125 km yerləşən “Şamaxı” restoranında döşəmə və divarın tamlığının pozulması, etiket məlumatları olmayan məhsullların satışı, istifadə müddəti bitmiş məhsulların satışı, məhsulların saxlama qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 447.0.2, 447.0.3 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarından görünür ki, “Şamaxı” restoranın VÖEN-i ********** olmaqla, təsisçisi və sahibi X3r. İş materiallarından görünür ki, Şamaxı şəhəri, Bakı-Qazax yolunun 125-ci km ünvanında fəaliyyət göstərən X4 məxsus “Şamaxı" restoranıda yararlıİıq müddəti bitmiş istehsalı "xxxx" MMC-yə məxsus “Yaşkina” əmtəə nişanlı 1ədəd 350qr (xx.xx.2022-xx.xx.2023),idxalçı “X15” MMC-yə məxsus “Avşar əmtəə nişanlı 7 ədəd (hər biri) 200ml qara tut və qarağat aromalı qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2023) .idxalçısı “ X15"MMC-yə məxsus “Avşar” əmtəə nişanlı 1 ədəd 200ml qazlı alkoqolsuz içki (xx.xx.2021- xx.xx.2023), idxalçısı “X15”MMC-yə məxsus “Avşar’ əmtəə 1ədəd 200ml kivi və limon ətirli qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) idxalçısı “ X15”MMC-yə məxsus “Avşar”əmtəə, nişanlı 1 ədəd 200ml yaşıl alma ətirli qazlı alkoqolsuz içki(xx.xx.2021xx.xx.2022) .istehsalı “İŞL.X.Ş” ya məxsus “Beypazarı” əmtəə nişanlı 1 ədəd 200ml mineral su (xx.xx.2021-xx.xx.2022) istehsalı "xxxx"MMC-yə məxsus “Maxito” əmtəə nişanlı 2 ədəd (hər biri) 250ml qazlı alkoqolsuz içki (xx.xx.2022-xx.xx.2023), idxalı "xxxx"MMC- yə məxsus “Coco cola classic" əmtəə nişanlı 11 ədəd (hər biri) 330 ml dəmir qutuda qablaşdırılmış kola (xx.xx.2021xx.xx.2022) idxalı "xxxx" MMC- yə məxsus “Coco cola şəkərsiz” əmtəə nişanlı 1 ədəd 330ml qutuda qablaşdırılmış kola (xx.xx.2021-xx.xx.2022) idxalı "xxxx"MMC- yə məxsus “Coco cola zerosugar” əmtəə nişanlı 1 ədəd 330ml (xx.xx.2022-xx.xx.2023) idxalı "xxxx"MMC- yə məxsus “Coco cola” əmtəə nişanlı 3 ədəd 330 ml kola (xx.xx.2022-xx.xx.2023) “Laimon orage" əmtəə nişanlı 3 ədəd 330 ml qazlı alkoqolsuz içki(xx.xx.2022-xx.xx.2023) “7 Up” əmtəə nişanlı 3 ədəd 330 ml qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) “Laimon Fresh” əmtəə nişanlı 2 ədəd(hər biri) 330 ml qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2021) , istehsalı "xxxx" MMC-yə məxsus “Roarx gold punch” əmtəə nişanlı 2 ədəd (hər biri) 250 ml qazlı alkoqolsuz içki (xx.xx.2022-xx.xx.2022) “Pepsi” əmtəə nişanlı 3 ədəd (hər biri) 330ml qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) “X8 Limited”məxsus ”Lipton”əmtəə nişanlı 7 ədə (hər biri)250 ml limon dadli soyuq çay(xx.xx.2021xx.xx.2022), “X8 Limited”məxsus ”Lipton”əmtəə nişanlı 3ədəd (hər biri) 250 ml yaşıl soyuq çay (25.072021-xx.xx.2022) .idxalı "xxxx"MMC- yə məxsus “Fanta “ əmtəə nişanlı 6 ədəd (hər biri) 330 ml məhsulları qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) istehsalı "xxxx" MMC yə məxsus “Mirinda “əmtəə nişanlı 6 ədəd ,(hər biri) 330 ml qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) idxalı "xxxx"MMC- yə məxsus “ Fuse tea” əmtəə nişanlı 3 ədəd(hər biri) 330 ml manqo və anana ətirli qazlı alkoqolsuz içki(xx.xx.2021-xx.xx.2022) , idxalı "xxxx"MMC- yə məxsus “ Fuse tea” əmtəə nişanlı 1ədəd 330 ml şaftalı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) idxalı "xxxx"MMC- yə məxsus “ Fuse tea" əmtəə nişanlı 2 ədəd (hər biri) 330 ml limon ətirli alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2022) “Şahdağ” əmtəə nişanlı 2 ədəd (hər biri) 330 ml feyxoa əmtəə nişanlı qazlı alkoqolsuz içki (xx.xx.2021-xx.xx.2023) məhsulları aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə görə saxlama müddəti ötmüş məhsulların satılması istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirərək, həmin əməli inzibati xəta kimi müəyyən etmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən və videogörüntüdən, proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından da görünür ki, “Şamaxı” restoranında saxlama müddəti ötmüş məhsullar satış üçün nəzərdə tutulmuş vitrində olmuşdur. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 X7 16 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida X1 X12 tərəfindən qəbul edilmiş 16 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-204/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-204/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver