Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-205/2020 05.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Şamaxı rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu İ Çaylı kəndində qeydiyyatda olan Şamaxı rayon X4 sədri X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon X4 sədri X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən xx.xx.2020-ci il tarixli İXP-09 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şamaxı rayon X4 sədri X2 tərəfindən xx.xx.2020-ci il tarixli 05 saylı iclas protokolu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şamaxı rayon X4 sədri X2 izahat verib bildirdi ki, ölkə ərazində mövcud olan pandemiya ilə əlaqədar, həmçinin kənddə kompyuter və printerin, eyni zamanda digər avadanlıqların olmaması səbəbindən iclas protokolunun göndərilməsi gecikmişdir. İş materiallarında olan Şamaxı rayon X4 xx.xx.2020-ci il tarixli 05 saylı iclas protokolunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 05 saylı iclas protokolu xx.xx.2020-ci il tarixdə Göyçay Regional Ədliyyə İdarəsinə daxil olmuşdur. Şamaxı rayon X4 sədri X2 tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şamaxı rayon X4 sədri X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şamaxı rayon X4 sədri X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-205/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-205/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver