Məhkəmə qərarları › İş №3(074)-205/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-205/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-205/2024 18.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində X5 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş X5 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X5 protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X5 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahat verib bildirdi ki, reklamla bağlı vahid icazə sənədi almış, lakin ödəniş edilmədiyi üçün barəsində protokol tərtib edilmişdir. Lakin hazırda ödənişidə etmişdir. FORTUNA-TUR FİRMASİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan reklamların açıq məkanda yayımlanmasına görə müvafiq haqqın ödənilməsi barədə qəbzləri təqdim edərək FORTUNA-TUR FİRMASİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş X5 protokol üzrə icraata xitam veriməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X5 protokoldan görünür ki, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində yerləşən Şəxs MMC-yə aid olan obyektin yanında xx.xx.2023-cü il tarixdən hal-hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, Şəxs ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 11-3-712-049/2024 saylı bildirişdən görünür ki, bildiriş məktubu məktubu tərəflərindən qəbul edildikdən sonra 5 (beş) gün ərzində sahibkarlq fəaliyyəti ilə məşğul olduqları Şəxs MMC-nin obyektinə aid olan reklamlara açıq məkanda yayımlanmasına görə müvafiq icazə sənədi alınmasını və ya demontaj edilməsini təmin etməlidirlər. Əks halda tərəfinizdən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tələbləri pozulduğu üçün barənizdə X5 protokol tərtib ediləcəkdir. Onu da qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən: Qanunu bilməmək və ya onu yalnış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Yuxarıda qeyd olunanları nəzərə almayıb qeyd edilən reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfinizdən heç bir tədbir görülmədiyi halda xx.xx.2024-cü il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunuz Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində yerləşən Şəxs MMC-nin barəsində açıq məkanda qanunsuz reklam yayımlanmasına görə X5 Protokol tərtib ediləcəkdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən sizin izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmin məcəllənin 100.3-cü maddəsinə əsasən imza edərək surətini qəbul etmək hüququnuz vardır. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 12:30-da Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində yerləşən Şəxs MMC-nin obyektinə gəlməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, iştirak etməməyiniz barənizdə X5 protokol tərtib edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 21 nömrəli Baxış aktından görünür ki, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində yerləşən Şəxs MMC-yə aid iaşə sahəsində müvafiq icazə sənədi olmadan xx.xx.2023-cü il tarixdən hal-hazıradək açıq məkanda qanunsuz reklam yayımlanması aşkar edilmişdir. Məhkəmə, X5 tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən, müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən, açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, X5 protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC-yə inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar