Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-206/2025 11.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 28 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 28 may 2025-ci il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv olunması xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 may 2025-ci il tarixdə saat 7.40 radələrində idarə etdiyi VAZ-21074, **-BS-*** dövlət qeydiyyat nişanlı etibarnamə ilə idarə etdiyi minik avtomobili ilə Şamaxı-Muğanlı istiqamətində hərəkət etmişdir. Maşında ondan başqa dörd nəfər iş yoldaşları olmuşdur. Hamısı Ağsuçayda tikilən asma körpünün tikintisində işləyirlər. Maşında nə isə əlavə səs olduğunu görüb Şamaxının çıxacağında olan avtomobillərin təmiri sexinə dönmüşlər. Avtomaşını saxlayaraq ustaya göstərmək üçün yerə düşmüşdür. Yoldaşlar da maşından düşmüşlər. 5 dəqiqə olardı kı, dayanmışlar Yol polisi xidmətinin işçiləri də həmin yerə gəlmişlər və onlara bildirmişlər ki, sənədləri təqdim etsin. Oda sənədləri vermişdir. Demişlər ki, keçsin onların xidməti maşınlarına əyləşsin. Oda keçib maşına oturmuşdur. Ona demişlər ki, “sənin maşınında artıq sərnişin olub”. Oda inkar etmişdir. Demiş ki, belə bir şey olmayıb. Onlardan polis serjantı Yusif adlı şəxs ona demişdir ki, söyüş söyər ki, “sənin maşınında artıq adam olub”. Demişdir. ki, söy, demişdir ki, “söyərəm ha”. Sonra maşından yerə düşmüşlər. Demişdir ki, protokol yazır, gedib ödəyərsən. Sonra yenə yoldaşlarının yanında bir daha təkrar etmişdir ki, “söyərəm ki, sənin maşınında burdakılardan əlavə adam olub”. Demişdir ki, o, bura gələnə kimi 3-4 kameradan keçmişdir. Siz də belə bir şeyi görmüşlərsə yəqin ki, avtomaşınınızın kamerasında vardır. Göstərin görsünki, onun maşınında əlavə adam olmuş, ya olmamışdır. Demişdir ki, o protokolunu yazır. Sonra əlindəki planşetdə nəsə qeydlər etmiş və sonra çıxıb getmişdir. Bir az vaxt keçəndən sonra görmüşdür ki,cərimə olunmağı barədə telefonuna məlumat gəlmişdir. Məlumatda göstərilmişdir ki, guya o, İXM 327.2-ci maddəyə əsasən sərnişindaşıma qaydalarını pozmuş, buna görə 100 manat cərimə olunmuş və eyni zamanda 3 bal cərimə balı yazılmışdır. O, heç bir yol hərəkəti qaydasını pozmamış, əsassız yerə cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, qəbul edilmiş qərarla razı deyil. Belə ki, onun idarə etdiyi VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə artıq sərnişin olmamışdır. Lakin o, sərnişin daşıma qaydalarını pozması ilə əlaqədar cərimə edilmişdir. O, taksi fəaliyyəti ilə məğul olmur, iş yoldaşları ilə işə gedirlərmiş. Nəqliyyat vasitəsində ondan başqa 1 nəfər qabaq, 3 nəfər isə arxada əyləşmişdir. Polis əməkdaşı tərəfindən ona nəqliyyat vasitəsini saxlaması ilə bağlı heç bir işarə verilməmişdir. Maşını ustaya göstərmək səbəbindən yolun sağına dönmüşdür. Həmin gün onun yanında Elməddin Baxşiyev də olmuşdur. Göstərilən video görüntüdə olan Elməddin Baxşiyev avtomobilə söykənən papaqlı şəxsdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobilindən səs gəldiyi üçün avtomobilini ustaya göstərmək üçün təmir sexinə dönmüş, həmin vaxt təmir sexinin açıq olmadığını bilmiş lakin istəmişdir ki, ustanın gəlməsini gözləsin. Lakin həmin gün maşınını ustaya göstərməmişdir. Videogörüntüdə onun maşınının arxa qapısı tərəfində dayanan şəxs onun maşınından düşməmiş, onlar təmir sexinə dönərkən həmin şəxs elə orada olmuşdur. Polis ona saxla işarəsi verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, həmin gün Qobustan rayonundan İsmayıllı rayonuna işə getmişlər. Onunla birlikdə arxa oturacaqda üç nəfər olmuşlar. Həmin vaxt o, yatmışdır. Hacıəmi demişdir ki, maşında nasazlıq var, ustaya göstərəcəkdir. Onlar təmir sexinə tərəf dönərkən orada əvvəldən tanımadıqları bir nəfər dayanmışdır. Maşının arxa sol qapısı işləmədiyindən o, digər tərəfdən düşmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 izahat verərək bildirdi ki, Bakı-Şamaxı-Yevlax yolu 120 kilometrikdə xidmətdə olarkən “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərə edən sürücü sərnişin daşıma qaydalarını pozduğuna görə saxla işarəsi vermiş, amma həmin sürücü nəqliyyət vasitəsini saxlamamışdır. Bakı-Şamaxı- Yevlax yolunun 124-cü kilometriyindən nəqliyyət vasitəsini təmir sexinə tərəf döndərib saxlamış, onlarada onun arxasınca dönərkən həmin avtomobildən sərnişinlər yerə düşmüşlər. Bununla bağlı video görüntüdə vardır. Avtomobildən birinci düşən sərnişin oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin sərnişinlərlə söhbətdə etmişlər, sonra inzibati protokol yazmışlar. Onlar həmin avtomobili saxlayanda avtomobildə sürücü ilə birlikdə 6 nəfər olmuşdur. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 may 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən, X4 xx.xx.2025-ci il tarixdə saat 07:48 radələrində “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (sərnişin daşıma qaydalarının pozulması) törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 xx.xx.2025-ci il tarixdə istifadəsində olan “VAZ 21074” markalı, **-BS-*** qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərək Bakı-Şamaxı-Yevlax yolu 120 kilometrliyində hərəkətdə olarkən əsas yoldan çıxaraq sağ tərəfə dönmüşdür. Həmin vaxt onun avtomobilinin arxa sağ qapısının yanında bir nəfərin olması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə saat 07:48-də idarə etdiyi “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolun sağında yerləşən avtomobil təmir sexinə dönür. Hacıəmi Əsədov avtomobilində nasazlıq olması ilə əlaqədar ora döndüyünü bildirsə də, həmin saatda avtomobil təmir sexi fəaliyyətə başlamamışdır. Bundan əlavə H.Əsədov həmin gün avtomobilini təmir etdirməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda H.Əsədov avtomobilini saxlayan kimi avtomobilin arxa sağ qapısının yanında bir nəfər şəxsin olduğu görünür. Həmin şəxsin avtomobilə olan məsafəsi (avtomobilə yaxın olması) onu deməyə əsas verir ki, həmin şəxs də H.Əsədovun avtomobilindən enmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 xx.xx.2025-ci il tarixdə “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 28 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-206/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-206/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver