Məhkəmə qərarları › İş №3(074)-207/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-207/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-207/2023 31.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağsu rayonu, Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında göstərdi ki, 09 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Şamaxı şəhərində yerləşən Savalan restoranının yanında Şəxs üzərində, bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,302 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanması faktı tərtib olunmuş baxış protokolu ilə, alınmış izahatları ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş xx.xx.2023-cü il tarixli, HK- 1/377 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdəndə, şəxsi islehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırki qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, təxminən bir ay öncə Bakı şəhərində olarkən bir-iki dəfə narkotik vasitə olan qurdulmuş marixuana istifadə etmişdir. 06 aprel 2023-cü il tarixdə səhər saatlarında yaşadığı kəndən Ağsu şəhərinə gedən zaman piyada gedərkən Ağsu şəhərinin yaxınlığından yol kənarında, yerdə bir ədəd üzərində paraşüt şəkili olan kibrit qutusu görmüş, həmin vaxt siqaret yandırmaq üçün alışqanı olmadığı üçün kibrit qutusunun içərisində kibrit dənəcikləri olduğunu düşünüb həmin kibrit qutusunu yerdən götürmüş, kibrit qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində spesifik iyə malik narkotik maddə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün götürüb, əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin günü Bakıya getmək üçün yola çıxmış, saat təxminən 17 radələrində Şamaxı şəhərində Savalan restoranın yanında gəldiyi taksidən enərək ayaq yoluna getmək istəyən zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərinə baxış keçirilmiş, baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməldaşları həmin kibrit qutusunu açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O, qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X8 izahat verib bildirdi ki, 22 sentyabr 2022-ci il tarixdə Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı bağlı məlumat daxil olmuşdur. Daha sonra Şamaxı RPŞ PPXB-nün polis nəfəri polis kiçik serjantı X9 ilə birlikdə 09 aprel 2023-cü il tarixdə X11 şəhərində Savalan restoranın yaxınlığında mülki geyimdə yaxınlaşıb, həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Lakin o, etiraz edib üzərində narkotik vasitənin olduğunu etiraf etməmiş, həmin vaxt onlar X4 Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. X5 onlarla birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmiş, Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə vəkil Əlisa Abdullayevin iştirakı ilə X2 üzərinə baxış keçirilmiş, baxış keçirərkən onun əynindəki qara rəngli jiletkanın sağ yan cibindən bir ədəd üzündə yuxarı hissəsində rus dilində, kirilcə SPİÇKİ yazısı, orta hissəsində paraşüt şəkili, aşağı hissəsində rus dilincə, kirilcə paraşüt sözləri yazılmış, o biri üzündə də, həmçinin kiril əlifbası ilə paraşüt sözləri yazılmış kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt X5 üzərindən aşkar olunmuş, bir ədəd kibrit qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuana olmasını və ona məxsus olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, kiçik serjantı X9 şahid Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X8 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan 09 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, X2 üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 0,302 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2596 saylı rəydən görünür ki, X1 istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərzai narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/511 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş1 ədəd kibrit qutusunda ümumi çəkisi 0,629 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,302 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin TQ-nın təhqiqtçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 09 aprel 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmiş, Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 narkotik vasitələr əldə etməsində və üzərində saxlamasında şübhəli olması ilə bağlı rayon polis şöbəsinin təhqiqat qrupuna Şamaxı rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı X6 tərtib etdiyi 09 aprel 2023-cü il tarixli raport daxil olmuşdur. Həmin raport törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 377 saylı ilə qeydiyyata alınmışdır. Beləliklə araşdırma zamanı 09 aprel 2023-cü tarixdə, saat 17:00 radələrində Şamaxı şəhərində Savalan restoranın yanında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 üzərində, bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,302 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması faktı tərtib olunmuş baxış protokolu ilə, alınmış izahatlar ilə. Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 10 aprel 2023-cü il tarixli, 7/511 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün X2 əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olmaması məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar