Məhkəmə qərarları › İş №3(074)-207/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-207/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-207/2024 12.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 117 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 23 yanvar 2024-cü il tarixdə Şəxs idarə etdiyi “Lada 21214” markalı, **-JD-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndindən keçən hissəsində hərəkətdə olarkən manevr qaydasını pozmuş, həmin vaxt əks istiqamətdə hərəkət edən Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 34A-da yaşayan X3 idarə etdiyi “Vaz21074” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobili ön hissəsindən vurması nəticəsində X3 YÜNGÜL bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, "xxxx" MMC-də 2023-cü ilin avqust ayından sürücü vəzifəsində işləyir və "xxxx" MMC-nin ona verildiyi etibarnamə əsasında şirkətə məxsus Chevrolet Niva markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. xx.xx.2024-cü il tarixində Şamaxı rayonu Çuxuryurd kəndi istiqamətində hərəkət etdiyi zaman qarlı hava şəraitinin olması səbəbindən nəqliyyat vasitəsi digər hərəkətdə olan VAZ 2107 markalı **-UU-*** avtomobil ilə toqquşmuşdur. Qəza nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü yüngül dərəcəli bədən xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxs X1 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ərizə təqdim edərək izahat verib bildirdi ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Rauf Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 23 yanvar 2024-cü il tarixdə, Şamaxı şəhəri Diaqnostika mərkəzindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı şəhəri, Əzizbəyov küçəsi ev 34-də yaşayan, X2 çiyin qurşağının küt travması, sağ əlin sıyrılmış yaraları, sol diz nahiyyəsinin çapılmış yarası diaqnozu, Şamaxı şəhəri, H.Aslanov küçəsin ev 5-də yaşayan X6 isə sol baldırın sıyrılmış yarası diaqnozu ilə xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Diaqnostika Mərkəzinə müraciət etməsi, deməklərinə görə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları göstərilmişdir. Həmin məlumat törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında tərəfimdən 87 sayı ilə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi faktı əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 23 yanvar 2024-cü il tarixdə Şəxs idarə etdiyi “Lada 21214” markalı, **-JD-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndindən keçən hissəsində hərəkətdə olarkən manevr qaydasını pozmuş, həmin vaxt əks istiqamətdə hərəkət edən Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 34A-da yaşayan X3 idarə etdiyi “Vaz21074” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobili ön hissəsindən vurması nəticəsində X3 YÜNGÜL bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi faktı alınmış izahatlar, hadisə yerinə keçirilmiş baxış zamanı tərtib edilmiş protokol və şəkillər ilə, MTE-nin 02 fevral 2024-cü il tarixli 19 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununlada Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Şamaxı şəhəri, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 34A-da yaşayan X3 müraciəti əsasında əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə verilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 idarə etdiyi LADA 21214 markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən VAZ 21074 markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili ön hissədən vurması nəticəsində X5 yüngül bədən xəsarəti almışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şamaxı rayon polis şöbəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 34A-da yaşayan X5 barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətləri Şəxs və X4 verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə verilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 02 fevral 2024-cü il tarixli 19 saylı ekspert rəyində X3 almış olduğu xəsarətin -sağ əlin İV barmağının və sol diz qapağının ön səthinin yaraları küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü qismində alınmağa uyğun gəlmələri, X3 almış olduğu xəsarətlərin dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid olmaları göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar