Məhkəmə qərarları › İş №3(074)-208/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-208/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-208/2023 31.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Beylaqan rayonu, Şahverən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən "xxxx" MMC-nin qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, “166" Yük-daşıma servisinda sürücü vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:00 radələrində işlə bağlı Şamaxı rayonuna gəlmişlər. Şamaxı rayonunda yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişlər və avtomobillərini saxladıqları yerə getmişlər. Orada spirtli içkinin təsiri altında səs-küy salmışlar, uca səslə nalayıq ifadələr işlətmişlər. Sonra həmin yerdə dayanan mühafizəçilərlə bir qədər mübahisə etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Burada iş yoldaşı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlara ictimai qaydanı pozduqlarını bildirib barələrində tədbir görülməsi üçün RPŞ- nə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişlər. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 05:00 radələrində “102” xidmətinə məlumat daxil olmuş, məlumat əsasında əməliyyatistintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişlər, orada adlarını bilmədikləri 2 nəfər şəxsin sərxoş vəziyyət uca səslə nalayiq ifadələr işlətmələrini, ictimai qaydanı kobud surətdə pozmasını görmüşlər, yaxınlaşb özlərini təqdim etdikdən sonra onlara qanunun tələblərini izah etmişlər və həmin şəxslər adı sonradan onlara məlum olan Elçin adlı şəxs onların qanuni tələblərinə məhəl qoyrnayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxslər tərəflərindən Rayon Polis Şöbəsinə gətirilmişlər. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Elçin Osmanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 05:00 radələrində DİN-nin "102” xidmətindən məlumat daxil olmuşdur. Məlumatda Şamaxı şəhərində yerləşən “Şamaxı" restoranının yaxınlığında 2 nəfər şəxsin münaqişə yaratması göstərilmişdir. Əməliyyat-istintaq qrupunun digər üzvü olan İTB-nin sahə rəisi, polis leytenantı Əkber Xəlilov ilə birlikdə hadisə baş verən yerə getmişlər, orada adlarının bilmədikləri şəxslərin uca səslə nalayiq ifadələr işlətmələrini və ictimai qaydanı pozmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onlara qanunun tələblərini izah etmişlər. Lakin həmin şəxslərdən X6 onların qanuni tələblərinə tabesizlik göstərərək öz qərəzli hərəkətlərin davam etdirmişdir. Daha sonra vətəndaşlar Şəxs və X1 Rayon Polis Şöbəsinə gətirilmişlər. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar