Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-209/2023 31.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 02 aprel 1989-cu ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən "xxxx" MMC-nin qarşısında uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, “166" Yük-daşıma servisinda sürücü vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:00 radələrində işlə bağlı Şamaxı rayonuna gəlmişlər, Şamaxı rayonunda yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişlər və avtomobillərini saxladıqları yerə getmişlər. Orada spirtli içkinin təsiri altında səs-küy salmışlar, uca səslə nalayıq ifadələr işlətmişlər, sonra həmin yerdə dayanan mühafizəçilərlə bir qədər mübahisə etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onlara qanunun tələblərini izah etmişlər və onların barəsində tədbir görülməsı üçün Rayon Polis Şöbəsinə dəvət etsələr də o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X2 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 05:00 radələrində “102” xidmətinə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Orada adlarını bilmədikləri 2 nəfər şəxsin sərxoş vəziyyət uca səslə nalayiq ifadələr işlətmələrini, ictimai qaydanı kobud surətdə pozmasını görmüşlər. Yaxınlaşb özlərini təqdim etdikdən sonra onlara qanunun tələblərini izah etmişlər və adı sonradan onlara məlum olan Elçin adlı şəxs onların qanuni tələblərinə məhəl qoyrnayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxslər tərəflərindən Rayon Polis Şöbəsinə gətirilmişlər. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Elçin Osmanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 05:00 radələrində DİN-nin "102” xidmətindən məlumat daxil olmuşdur. Məlumatda Şamaxı şəhərində yerləşən “Şamaxı" restoranının yaxınlığında 2 nəfər şəxsin münaqişə yaratması göstərilmişdir. Əməliyyat-istintaq qrupunun digər üzvü olan İTB-nin sahə rəisi, polis leytenantı Əkbər Xəlilov ilə birlikdə hadisə baş verən yerə getmişlər. Orada adlarını bilmədikləri şəxslərin uca səslə nalayiq ifadələr işlətmələrini və ictimai qaydanı pozmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onlara qanunun tələblərini izah etmişlər. Lakin həmin şəxslərdən Şəxs onların qanuni tələblərinə tabesizlik göstərərək öz qərəzli hərəkətlərin davam etdirmişdir. Daha sonra vətəndaşlar X5 və Abasov X4 Rayon Polis Şöbəsinə gətirilmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-209/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-209/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver