Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-21/2023 27.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, 01 may 1980-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qaleybuğurd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu X1 Rayon Məhkəməsinin 2(074)-407/2022 saylı, 05 iyul 2022-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən, ondan 4000 manat pul, kredit müqaviləsinə ödənilmiş 92 manat və 60 manat dövlət rüsumunun əvəzi alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı olmadığından, borcunu bu günə kimi ödəməmişdir. Lakin hazırda aralarında razılaşıblar ki, borcun əvəzi olaraq özünə məxsus torpaq sahəsini tələbkarın adına rəsmiləşdirsin. Qeyd olunanları nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 4000 manat pul, kredit müqaviləsinə ödənilmiş 92 manat və 60 manat dövlət rüsumunun əvəzi alınaraq, ona verilməlidir. Hazırda borclu ilə razılığa gəliblər ki, sonuncu özünə məxsus torpaq sahəsini onun adına rəsmiləşdirəcək və bununla da icra sənədi icra olunacaqdır. Borclu ilə hazırda razılıqlarını nəzərə alaraq, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(074)- 707/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4000 manat pul, kredit müqaviləsinə ödənilmiş 92 manat və 60 manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, borclu X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hazırda zərərçəkmiş şəxslə razılığa gələrək, aralarında olan mübahisənin həll olunması üçün müəyyən hərəkətlər edəcəklərini bildirdiklərindən, iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-21/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-21/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver