Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-211/2022 24.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonu, Şərədil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 377/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 03 mart 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin 2(074)- 1327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şamaxı rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(074)-377/2020 saylı, qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 ödənilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə 1855 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, onun aliment borcunu ödəməyə gücü çatmır, amma hər ay 100 manat ödəniş etmiş, lakin 2 aydır maddi imkansızlıqdan heç bir ödəniş etməmişdir. Uşağını ona göstərmədiklərindən ödənişlər etməmişdir. Hal-hazırda aliment borcundan maddi imkansızlıqdan heç bir ödəniş edə bilmir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-377/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs 03 mart 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı dərhal təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2850/6 saylı bildirişdən görünür ki, Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(074)-377/2020 saylı, qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 ödənilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı dərhal təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3089/6 saylı bildirişdən görünür ki, Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs (tələbkar) X3 Şamaxı rayon İcra və Probasiya şöbəsinə xx.xx.2020-ci il tarixdə yazmış olduğu ərizəsinin surətindən görünür ki, icra sənədi üzrə yaranmış 780 manat aliment borcunun alınıb ona verilməsini xahiş etmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Məhkəmə hesab edir ki, Şəxs hal hazıradək məhkəmə qərarlarının icrasına laqeyd yanaşması, yalnız onun barəsində inzibati tənbeh təhdidinin mövcud olma hissini anladıqdan sonra borcun az bir hissəsini ödəmək niyyətinin yaranması dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə dəlalət edir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 211, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8(səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-211/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-211/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver