Məhkəmə qərarları › İş №3(074)-212/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-212/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-212/2023 02.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 04 mart 1972-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan. Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən mənzildə polis əməkdaşlaının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən evə gəlmiş, evdə yemək yeyərkən təxminən 250(iki yüz əlli) qram spirtli içki qəbul etmiş, daha sonra həyat yoldaşına bildirmiş ki, o işləməsin, lakin o işləyəcəyini bildirmiş və bununla bağlı aralarında münaqişə yaranmış, daha sonra oğlu ibrahim 102 xidmətinə zəng elədiyi üçün polis əməkdaşları onların evə gəlmişdir. O, polis əməkdaşına bildirmişdir ki, o, nə hörmətsizlik etmişsə özünə etmiş, polisə hörmətsizlik etməmiş, lakin polis əməkdaşı onu səhv başa düşmüşdür. O, həyat yoldaşına deyirmiş ki, o işləməsin, özü işləyəcək, lakin o onun sözünü heçə sayır və bundan o, əsəbləşir, aralarında mübahisə yaranır, o, onu vurmağa cəhd göstərsədə onu vurmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs özünün deməsinə görə döyməmiş, sadəcə həyat yoldaşının işləməməsini istəyir, bununla bağlı aralarında mübahisə yaranmşdır. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şamaxı şəhəri M.Hadi küçəsində yaşayan X3 DİN-nin 102 xidmətinə atası Eyvazın evdə münaqişə yaratması ilə bağlı müraciət etməsi əsasında hadisə yerinə getmişlər, hadisə yerində vətəndaş X2 ərizə alarkən, X1 həyat yoldaşı Aynur Mirzəliyevanı vurmağa cəhd göstərmiş, bu zaman o, onun bu hərəkətini dayandıraraq, onu nizamintizama dəvət etmiş, lakin E.Atamalıyev onun qanuni tələblərimə məhəl qoymamış və o öz əməlini davam etdirərək yenidən Aynur Mirzəliyevanı vurmağa cəhd göstərmişdir. O, onu dəfələrlə nizam-intizama dəvət etsə də o, onun qanuni tələblərinə məhəl qoymayaraq, “sən mənə heçnə edə bilməzsən, özünə hörmət elə, sən kimsənki bizim ailə məsələsinə qarışırsan, istəsəm döyərəm, nə istəsəm edərəm” deyə bildirmiş, daha sonra o, sürücü polis baş serjantı Qədir Səfərov ilə birlikdə X4 Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.665 promildir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Mehdi Mikayılov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şamaxı şəhəri M.Hadi küçəsində yaşayan X3 DİN-nin 102 xidmətinə atası Eyvazın evdə münaqişə yaratması ilə bağlı müraciət etməsi əsasında hadisə yerinə getmişlər. Hadisə yerində vətəndaş X2 ərizə alarkən, X1 həyat yoldaşı Aynur Mirzəliyevanı vurmağa cəhd göstərmiş, bu zaman o, onun bu hərəkətini dayandıraraq, onu nizam-intizama dəvət etmiş, lakin E.Atamalıyev onun qanuni tələblərimə məhəl qoymamış və o öz əməlini davam etdirərək yenidən Aynur Mirzəliyevanı vurmağa cəhd göstərmişdir. O, onu dəfələrlə nizam-intizama dəvət etsə də onun qanuni tələblərinə məhəl qoymayaraq, “sən mənə heçnə edə bilməzsən, özünə hörmət elə, sən kimsənki bizim ailə məsələsinə qarışırsan, istəsəm döyərəm, nə istəsəm edərəm” deyə bildirmiş, daha sonra X4 Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dövlət hesabına 2 saat hüquqi yardım göstərməsinə görə 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 02 iyun 2023-cü il tarix, saat 14:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 2 saat hüquqi yardım göstərməsinə görə 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar