Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-216/2025 12.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş İXP 7138844, İXP 7138261, İXP 7138246, İXP 7138303, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-217/2025 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-216/2025, 3(074)-217/2025, 3(074)-218/2025, və 3(074)-219/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-216/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. İş materiallarında olan EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-218/2025 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-216/2025, 3(074)-217/2025, 3(074)-218/2025, və 3(074)-219/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-216/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. İş materiallarında olan EQ/25763307 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-219/2025 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-216/2025, 3(074)-217/2025, 3(074)-218/2025, və 3(074)-219/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-216/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. İş materiallarında olan EQ/25498271 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “WOLKSWAGEN” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-224/2025 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-216/2025, 3(074)-217/2025, 3(074)-218/2025, 3(074)-219/2025, 3(074)-224/2025, və 3(074)-225/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-216/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. İş materiallarında olan EQ/25668955 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-225/2025 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-216/2025, 3(074)-217/2025, 3(074)-218/2025, 3(074)-219/2025, 3(074)-224/2025, və 3(074)-225/2025 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materiallarının bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 3(074)-216/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)- 182/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən inzibati xətalar üzrə xx.xx.1985-ci il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi, xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən inzibati xətalar üzrə xx.xx.1983-cü il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan X2 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. “AsanPay” elektron ödəniş sistemi vasitəsilə yoxlanılarkən EQ/25531554, EQ/25755817, EQ/25703469, EQ/25763307 və EQ/25668955 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə cərimələr və dəbbə pullarının ödənildiyi müəyyən edilmişdir. Lakin Şəxs barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/25498271 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmədiyi və həmin qərar üzrə cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115, 129və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-216/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-216/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver