Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-219/2022 15.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş X2 materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X2 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, vəzifəli şəxs Şəxs Şamaxı şəhəri, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Ehtiyat Hissələri” obyekti üzərində xx.xx.2022-ci il tarixdən hal-hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs izahat izahat verib bildirdi ki, o, həqiqətən də, icarəyə götürdüyü avtomobil ehtiyyatları mağazasının önünə müvafiq icazə olmadan reklam xarakterli lövhədən istifadə etmişdir. Bu hal tərəfindən səhv addım olduğunu qəbul edir. Belə ki, reklam agentliyi tərəfindən hətda ona bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Səlahiyyətli orqanın əməkdaşı yerində də, gəlib xəbərdarlıq edərək reklamın yerləşdirilməsi barədə müvafiq icazənin alınmasını və ya həmin reklamın qoyulduğu yerdən qaldırılmasını təklif etmişdir. Lakin onun tərəfindən bu hal vaxtında aradan qaldırılmamışdır. Lakin hazırda reklam agentliyində müvafiq icazənin alınmasından ötrü həmin agentliyə müraciət edəcəyinə söz verdi. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı X2 protokolundan görünür ki, vəzifəli şəxs Şəxs Şamaxı şəhəri, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Ehtiyat Hissələri” obyekti üzərində xx.xx.2022-ci il tarixdən hal-hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, fiziki şəxs Şəxs xx.xx.2011-ci il tarixdə ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, siz Şamaxı rayonu, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Ehtiyyat Hissələri” obyektinə aid olan reklamlarının müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımını həyata keçirirlir. Belə ki, “ADRA İcazələr Sistemində" onların reklamların yayımlanmasına aid icazə verilməmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1 - ci maddəsinə əsasən inzibati xəta halı yaratmışlar. Bildirirlib ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Bakı- Şamaxı-Yevlax yolu üzərində yerləşən “Ehtiyyat Hissələri” obyektində barənizdə müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmasına görə X2 Protokol tərtib ediləcəkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61 -ci maddəsinə əsasən onların izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmin məcəllənin 100.3 - cü maddəsinə əsasən imza edərək surətini qəbul etmək hüquqları vardır. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 12-30-da Şamaxı rayonu, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Ehtiyyat Hissələri” obyektində olmaları xahiş olunmuşdur. Məhkəmə, X2 tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X2 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X2 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-219/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-219/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver