Məhkəmə qərarları › İş №3(074)-219/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-219/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-219/2023 14.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, xx.xx.2010-cu il tarixli 2(074)-400/2010 saylı məhkəmə əmrinə əsasən 02 fevral 1983-cü ildə anadan olmuş, Şamaxı şəhəri M.Ə.Sabir küçəsi, ev 30-da yaşayan Şəxs, 19 oktyabr 2010-cu il tarixdən başlayaraq 03 yanvar 2005-ci il təvəllüdlü X4 və 23 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınıb Naxçıvan şəhəri, Heydər Əliyev prospekti ev 10, mənzil 50-də yaşayan X3 xeyrinə verilməlidir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Borcu Şəxs icra sənədi üzrə 17506 manat borcu vardır, həmin borcundan 600 manat bu gün ödəniş etmiş, digər qalan borcunu isə hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 16906 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədindən xəbəri olmuş, onun qarşı tərəflə normal münasibəti olmuş, 2016-cı ildən sonrada ödənişləri olmuş, lakin rəsmi şəkildə ödəniş etmədiyindən, ödənişlərini təsdiq edə bilmir. Hazırda bu gün borcundan 600 manat ödəniş etmişdir. Qalan borcunu isə hsssə-hissə ödəniş edib bitirəcəkdir. Eyni zamanda bildirdi ki, hal-hazlrda ailəlidir 4 uşağı var, borcunu ödəməsi üçün ona möhlət verilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(074)-400/2010 saylı məhkəmə əmrinin surətindən görünür ki, 02 fevral 1983-cü ildə anadan olmuş, Şamaxı şəhəri M.Ə.Sabir küçəsi, ev 30-da yaşayan Şəxs, 19 oktyabr 2010-cu il tarixdən başlayaraq 03 yanvar 2005-ci il təvəllüdlü X4 və 23 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınıb Naxçıvan şəhəri, Heydər Əliyev prospekti ev 10, mənzil 50-də yaşayan X3 xeyrinə verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 8(074)-9/2013 saylı qərarının surətindən görünür ki, xx xxxxxx 1983-cü ildə Şaamxı rayonunda anadan olmuş Şamaxı şəhəri M.Ə.Sabir küçəsi 30 saylı evdə qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsı qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 3(074)-282/2013 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan və bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)-255/2016 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 600 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 iyun 2023-cü il tarix, saat 18:40-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar