Məhkəmə qərarları › İş №3(074)-219/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-219/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-219/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Qobustan rayonu, Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Yekəxana qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, ona məxsus avtomobili qardaşı etibarnaməsi olmadan idarə edən zaman onu polis əməkdaşları “VİP” marketin yaxınlığında saxlamışlar. Sonra ona qardaşı xəbər vermişdir ki, onun maşını duracağa yerləşdirilmiş, şəxsiyyət vəsiqəsini götürüb polis şöbəsinə yaxınlaşsın. Oda şəxsiyyət vəsiqəsi ilə polis əməkdaşları Ziya və Dilqəmə yaxınlaşaraq demiş ki, cəriməsi nədir ödəsin avtomobilini duracaqdan götürsün, amma ona bildirilmişdir ki, sabah yaxınlaşar və avtomobili duracaqdan götürər. O, onlara bildirmişdir ki, onu incitməsinlər, şəhərə gedəcək, cərimə yazılsın və maşını götürüb getsin. Daha sonra o, 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bu vaxt Ziya adlı polis əməkdaşı ondan yapışaraq polis şöbəsinin arxasına çəkmiş, onu söyüb təhqir etmişlər və başına-başına vurmuşlar. Onu vurmaqlarını səbəbi, onlarla yük səksək səslə danışmağı onların xoşuna gəlməmiş, eyni zamanda 102 xidmətinə zəng etməsi olmuşdur. Onun veteran olmasını nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X2 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidməti yoldaşı polis baş serjantı Ziya Guliyev ilə birlikdə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində xidmətdə olan zaman yolayrıcından çıxan VAZ 2107 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə göstəricisindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdiyi qayda pozuntusunu izah edib sənədləri təqdim etməsini istəmişlər. Sürücü onlara əvvəlcə sənədləri evdə unutduğunu demiş, lakin ad və soyadını bort-kompyuter vasitəsi ilə yoxladıqdan sonra məlum olmuş ki, sürucünün nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməsi yoxdur va avtomobil onun qardaşı X1 adınadır. Daha sonra nəqliyyat vasitəsi tərəflərindən duracağa yerləşdirilərək aktla təhvil almışlar. Nəqliyyat vasitəsinin sahibi Şəxs nəqliyyat vasitəsini təhvil almaq üçün duracağa yaxınlaşan zaman onlar sürucüyə bildirmişlər ki, barəsində inzibat qaydada protokol tərtib olunmuşdur. Duracaq aktına imza çəkdikdən sonra onlarla uca səslə, aqresiv danışmağa və tabesizlik etməyə başlamışdır. Bununla yanaşı həmin şəxs onlara qarşı hədə-qorxu gələrək onlarla mübahisə etməyə başlamışdır. Həmin şəxsi dəfələrlə sakitləşdirməyə çalışsalarda, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Bu səbəbdən də, yaxınlıqda olan polis əməkdaşları yaxınlaşmış və həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞnə getirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X3 şahid Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Ziya Güliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixde saat 15:00 radələrində KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidməti yoldaşı polis baş serjantı Dilqəm Mahmudov ilə birlikdə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində xidmətdə olan zaman yolayrıcından çıxan VAZ 2107 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə göstəricisindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdiyi qayda pozuntusunu izah edib sənədləri təqdim etməsini istəmişlər. Sürücü onlara əvvəlcə sənədləri evdə unutduğunu demiş, lakin ad və soyadını bortkompyuter vasitəsi ilə yoxladıqdan sonra məlum olmuş ki, sürucünün nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməsi yoxdur va avtomobil onun qardaşı X1 adınadır. Daha sonra nəqliyyat vasitəsi tərəflərindən duracağa yerləşdirilərək aktla təhvil almışlar. Nəqliyyat vasitəsinin sahibi Şəxs nəqliyyat vasitəsini təhvil almaq üçün duracağa yaxınlaşan zaman onlar sürucüyə bildirmişlər ki, barəsində inzibat qaydada protokol tərtib olunmuşdur. Duracaq aktına imza çəkdikdən sonra onlarla uca səslə danışmağa və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bununla yanaşı həmin şəxs onlara qarşı hədə-qorxu gələrək onlarla mübahisə etməyə başlamışdır. Həmin şaxsi dəfələrlə sakitləşdirməyə çalışsalarda, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Bu səbəbdən də, yaxınlıqda olan polis əməkdaşları yaxınlaşmış və həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə getirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Şamaxı RPŞ-nin ərazisində Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar