Məhkəmə qərarları › İş №3(074)-220/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-220/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-220/2021 16.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Qida X1 regional bölməsinin 24.05.2021-ci il tarixli MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş 24.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, atası X2 Şamaxı şəhəri Nərimanov küçəsində ət mağazası var.04 may 2021-ci il tarixdə saat 10.00 radələrində atası ona zəng edərək özünü pis hiss etdiyini və dərman qəbul edib gələnə kimi mağazada dayanmasını istəmişdir. O, mağazaya getdikdən 10-15 dəqiqqə keçməmiş Qida təhlükəsizliyi agentliyinin işçiləri gəlmişlər. O, müvəqqəti dayandığını mağazanın sahibi yəni atasının gələcəyini desə də, barəsində protokol yazmışlar. O, yarımsaatlığa dayandığını, ətin kəsilməsinin labaratoriyadan keçməsinin ona aid olmadığını bildirmişdir. Amma Agentliyin işiçiləri onun sözünə əhəmiyyət verməmiş, protokol yazıb getmişlər. Hesab edir ki, bu protokol düzgün yazılmayıb, ona bir aidiyyatı yoxdur. O, mağazada nə işçidir, nə də mağazanın sahibi. Özü də bir neçə aydır ki, Qarabağdan, döyüş bölgəsindən gəlmiş, hələ də psixoloji gərginlik keçirir. Bir iş tapıb işləyə bilmir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş 24.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin 24.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən ət satışı mağazasında heyvan mənşəli məhsuların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına dair tələblər pozulduğundan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 11.06.2021-ci il tarixli arayışından görünür ki, X4 4 saylı Ərazi Vergilər İdarəsində 14.08.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmış və vergi orqanına təqdim etdiyi ərizəyə əsasən 23.04.2020-ci il tarixdən 21.04.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından görünür ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə onun adına VÖEN olmamış, o, yalnız müvəqqəti olaraq mağazaya nəzarət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X3 ət kəsimi mağazasına heç bir aidiyyatının olmaması məhkəmə iclasında öz təsdiqini tapdığından, onun barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən X3 barəsində qəbul edilmiş 24.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar