Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-222/2021 31.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı rayonu, Qəleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X8 X9 tərəfindən tərtib olunmuş 30.05.2021-ci il tarixli, KYP 263200 saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X5 izahatında göstərdi ki, 30.05.2021-ci il tarixində saat təxminən 18:00 radələrində vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Qaz 53“ markalı 1098-ATN dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı rayonu Çuxuryurd kəndində manevr edərkən “Lexus LX570” markalı **-LB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 30.05.2021-ci il tarixində saat təxminən 18:00 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan Azərbaycan SSR dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı rayonu Çuxuryurd kəndində manevr edərkən “Lexus LX570” markalı **-LB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının gəldiyini görməmiş və geriyə dönən zaman həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Özünün idarə etdiyi avtomobil ona atasından qalmış, atası öldükdəndən sonra isə sənədləri ala bilməmişdir. Odur ki, törətdiyi əməldən peşmandır. İş materiallarında olan 30.05.2021-ci il tarixli, KYP 263200 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 30.05.2021-ci il tarixdə saat 18:00 radələrində “Qaz 53“ markalı 1098-ATN dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı rayonu Çuxuryurd kəndində “Lexus LX570” markalı **-LB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 30.05.2021-ci il tarixdə saat 18:30 radələrində X1 alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 30.05.2021-ci il tarixdə saat 18:30 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. İş materiallarında olan 30.05.2021-ci il tarixli rəydən görünür ki, “Lexus LX570” markalı **-LB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına 1850 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin rəisi Rəşad İsmayılov tərəfindən verilmiş 31.05.2021-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması Azərbaycan Respublikası DİN-nin BDYP-nin mərkəzi məlumat bazasında yoxlanılmış və Şəxs sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sansiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, zərərçəkmiş şəxs X3 vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki icraat qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-222/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-222/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver