Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-222/2022 08.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, Şamaxı şəhəri A.B.Naseh küçəsində xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə daxil olmuş müraciət əsasında hadisə yerinə getdikdə vətəndaş Şəxs küçə söyüşləri, ünvansız nalayiq ifadələr işlətdiyini aşkarlanaraq, rayon polis şöbəsinə gətirilmiş Şəxs Şamaxı rayon Polis Şöbəsinə daxil olarkən hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, ondan şikayət edən onun həm bibisi, həm də dayısı qızıdır. Bibisi qının oğlu Nurlana demiş ki, getsin ona siqaret alsın, o isə bildirmiş ki, almır və o, da bundan hislənib onu söymüşdür. Bunu görən bibisi qızı Şəfiqə Həmidova ondan Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng vurmuşudr. Hadisə vaxtı içkili olduğu üçün özünü idarə edə bilmədiyindən səs küy salmağa davam etmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələrdə polisin qanuni tələblərinə tabe olmamış, lakin sonradan törətdiyi əməldən peşman olmuş və polis əməkdalarından üzr istəmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində cərimə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Vüsal Orucov izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman Azərbaycan Respublikası DİN-102 zəng xidmətinə daxil olmuş məlumatı əsasında hadisə yerinə gedərək, Şəxs Şamaxı şəhəri A.B.Naseh küçəsində yaşadıqları evin qarşısında küçə söyüşləri, ünvansız nalayiq ifadələr işlətdiyini aşkarlayaraq, rayon polis şöbəsinə gətirmişlər. Şəxs Şamaxı rayon polis şöbəsinə daxil olarkən polis əməkdaşlarını söyərək təhqir etməyə başlamışdır. Vətəndaş Şəxs dəfələrlə xəbərdarlıq edərək intizama dəvət etsələr də, Şəxs qanunsuz hərəkətlərinə davam edərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmağa davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X6 Orucovla eyni məzmunlu izahat verdilər. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,896 promildir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Eltun Vahidoğlu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022ci il tarixdə xidmətdə olduğu zaman Azərbaycan Respublikası DİN-102 zəng xidmətinə daxil olmuş məlumatı əsasında hadisə yerinə polis əməkdaşları gedərək, Şəxs Şamaxı şəhəri A.B.Naseh küçəsində yaşadıqları evin qarşısında küçə söyüşləri, ünvansız nalayiq ifadələr işlətdiyini aşkarlayaraq, rayon polis şöbəsinə gətirmişlər. Şəxs Şamaxı rayon polis şöbəsinə daxil olarkən polis əməkdaşlarını söyərək təhqir etməyə başlamışdır. Vətəndaş Şəxs dəfələrlə xəbərdarlıq edərək intizama dəvət etsələr də, Şəxs qanunsuz hərəkətlərinə davam edərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmağa davam etmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı, eyni zamanda şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə cəza təyin olunmalıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-222/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-222/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver