Məhkəmə qərarları › İş №3(074)-222/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-222/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-222/2023 14.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 06 aprel 1980-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 16:40 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində Şamaxı RPŞ-nin qarşısında ictimai qaydanı pozmuş, səs-küy salmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 14 iyun 2023-cü il tarixdə Şamaxı RPŞ-nin qarşısında duraraq mobil telefonu ilə inzibati binanı videoçəkiliş edərək həmkəndlisi ilə telefon ilə danışmış, danışıq zamanı həmkəndlisi onu söydüyündən o, da onu söymüşdür. Həmin vaxt polis əməkdaşaları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ictimai qaydanı pozmamağı bildirib RPŞ-nə dəvət etmişlər və o RPŞ-nə gəlmişdir. Etdiyi əməldən peşmandır. Şamaxı RPŞ-nin inzibati binasını çəkməkdə məqsədi aralarında problemləri olan başqa həm kəndlisinə ondan şikayət etmək üçün həqiqətən də polisə getdiyini təsdiqləmək olmuşdur. Polis əməkdaşları ondan inzibati binanın çəkilişini və səs-küyü dayandırmağı tələb etdikdən bir qədər sonra o, çəkilişi dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X2 izahat verib bildirdi ki, 14 iyun 2023-cü il tarixdə saat 16:40 radələrində xidmət yoldaşı Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 ilə 1 saylı postda xidmət apararkən bir nəfər şəxsin RPŞ-nin qarşısında dayanıb səs-küy salaraq ictimai qaydanı pozmasını və inzibati binanı mobil telefon vasitəsilə videoçəkiliş etməsini görüb həmin şəxsə yaxınlaşıb özünü təqdim sonra həmin vətəndaşa ictimai qaydanı pozmamağı bildirmiş və nə üçün videoçəkiliş etməsini soruduqda həmin şəxs onlarıın qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsə dəfələrlə ictimai qaydanı pozmamağı bildirib nizam-inztizama dəvət etsələr də həmin şəxs qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmayan şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X4 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Qalib Fərmanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 14 iyun 2023-cü il tarixdə saat 16:40 radəlrində xidməti yoldaşı Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 ilə 1 nömrəli postda xidmət aparakən bir nəfər şəxsin Şamaxı RPŞ-nin qarşısında dayanıb səs-küy salaraq ictimai qaydanı pozmasını və inzibati binanı mobil telefon vasitəsilə videoçəkiliş etməsini görüb həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin vətəndaşa ictimai qaydanı pozmamağı bildirmiş və nə üçün videoçəkiliş etməsini soruduqda həmin şəxs onlarıın qanuni tələblərinzə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsə dəfələrlə ictimai qaydanı pozmamağı bildirib nizam-inztizama dəvət etsələr də həmin şəxs qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi RPŞ-nə dəvət etmişlər. RPŞdə məlum olmuş ki, ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmayan şəxs Şəxsdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 iyun 2023-cü il tarix, saat 19:45-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar