Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-223/2023 15.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Şamaxı rayonu Nağaraxana kəndində Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi döngə 2-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Şamaxı şəhəri, Şəhriyar küçəsində Şəxs ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarına müqavimət göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı restoranında spirtli içki qəbul etmiş, daha sonra təxminən saat 19:10 radələrində “Bazarstore”-nin qarşısında ona zəng gəlmiş, telefonla danışan zaman içkili olduğu üçün uca səslə nalayiq ifadələr işlətmiş, həmin vaxt ona polis əməkdaşları yaxınlaşaraq qanunsuz hərəkətlərimə son qoymağı tələb etmişlər. O, içkili olduğu üçün polis əməkdaşlarına müqavimət göstərərək ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra barəsində tədbir görülməsi üçün Şamaxı RPŞ-nə aparılmışdır. Həmin vaxt spirtli içkinin təsiri altında olmuş, ayılandan sonra ona etdiklərini bildirən zaman bütün polislərdən üzr istəmişdir. Hazırda etdiyi əməldən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Şamaxı RPŞ-nin, PPXB-nin komandiri VMİE Vahid Hacıyev ilə xidmətdə olan zaman Şamaxı şəhəri. Şəhriyar küçəsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini görüb həmin şəxsə yaxınlaşmışlar, qanunsuz hərəkətlərinə son qoymağı tələb etmişlər, həmin şəxs ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş, onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə, qanuni tələblərinə məhəl qoymayaraq onlara müqavimət göstərmişdir. Adı sonradan onlara məlum olan Şəxs barəsində tədbir görülməsi üçün Şamaxı RPŞ-nə gətirilmişdir. Adı sonradan onlara məlum olan Şəxs Şamaxı RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməyə və onlara müqavimət göstərməyə davam etmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:44 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 2.282 promildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019666 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin komandiri, polis leytenantı Vahid Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində PPXBnin, polis nəfəri, polis serjantı X3 ilə xidmətdə olan zaman Şamaxı şəhəri Şəhriyar küçəsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra həmin şəxsə nalayiq ifadələr işlətməməyi bildirib nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onarın qanuni tələblərinə məhəl qoymamış, onlar yenədə ona dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağı bildirsələr də, həmin şəxs ictimai qaydanı pozaraq onlara müqavimət göstərmişdir. Daha sonra onlar həmin şəxsi barəsində tədbir görülməsi üçün Şamaxı RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlədən və polisin qanuni tələblərinə tabe olmayan şəxs Şəxsdur. Şəxs Şamaxı RPŞ-nin inzibati binasında da, onara müqavimət göstərərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 ( yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-223/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-223/2023
15.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver