Məhkəmə qərarları › İş №3(074)-224/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-224/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-224/2023 07.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə izahat verib bildirdi ki, “X3 Xidməti” publik hüquqi şəxsin bölmə rəisi X6 tərəfindən 06 fevral 2023-cü il tarixdə M-4 indeksli Bakı-Şamaxı-Yevlax respublika əhəmiyyətli avtomobil yolunun 116-cı km hissəsində (Şamaxı rayon inzibati ərazisindən keçən hissədə) yolun sol tərəfində avtomobil yolunun mühafizə zolağında Şəxs tərəfindən müvafiq icazə alınmadan kommunikasiya xətti (qaz xətti) çəkmək məqsədilə uzunluğu 20 metr eni isə 0,60 metr olmaqla xəndək qazılması aşkar edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən Şəxs barəsində 06 fevral 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(074)-39/2023 saylı Qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(074)-39/2023 saylı qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(105)- 183/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edərək Şamaxı Rayon Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadı və xx.xx.2023-cü il tarixli, 3(074)- 39/2023 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(074)-39/2023 saylı qərardadı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Avtomobil Yollan X2 Yollarının Mühafizə Xidmətin geri qaytarılması qərara alınmışdır. Xidmət tərəfindən həmin nöqsanlar aradan qaldırılmasına görə xx.xx.2023-cü il tarixdə Şəxs lstehsalat Birliyinə rəsmi qaydada məktub ünvanlanmış və inzibati xəta hadisəsi baş vermiş əraziyə baxış keçirilməsi üçün dəvət olunmuşlar, amma onlar gəlməmişlər və onların nümayəndəsinin iştirakı olmadan baxış keçirilmiş, protokolda olan nöqsanlar aradan qaldırılmış və yenidən məhkəməyə göndərilmişdir. Buna görə də Şəxs barəsində inzibati tənbeh tədbir görülməlidir. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə çəkilmiş fotoşəkillərdən də görünür ki, orada qaz boruları olamamış, lakin sonradan Şəxs əməkdaşları tərəfindən həmin borular çəkilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X8 izahat verib göstərdi ki, inzibati xəta haqında protokolu tərtib etmiş Xidmətin bölmə rəsi X6 tərəfindən imza edilməsinə əsaslı şübhələr vardır. Belə ki, xx.xx.2023-cü iİ tarixdə tərtib edilmiş hər iki aktda X6 qeyd olunmuş, lakin inzibati xəta haqqında tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktda isə X1 qeyd olunmuşdur. Buradan belə qənaətə gəlmək olur ki, vəzifəli şəxsin ata adı tamamilə fərqlidir. Məhz fərq olduğu üçün sözügedən akt və Protokolun Bölmə rəisi tərəfindən imzalanması şübhə doğurur. Həmçinin həm protokoldakı və aktlardakı imzalar bir-biri ilə tamamilə fərqli olması açıq aydın görünür. Qeyd olunan ərazidə qaz xətti orada olmuş, onlar öz xətləri üzərində işlər aparılmışdır. Qazıntı işləri Şamaxı rayonunun Sabir qəsəbəsinin və 48ci məhəllənin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə aparılmışdır. Orada heç bir yol hərəkəti qaydaları pozulmamış, amma Şəxs əməkdaşları xx.xx.2023-cü il tarixdə yolun mərkəzi hissəsində 20 metr kənarda qazıntı işləri aparmışdır. X3 Xidmətinin əməkdaşları tərəfindən xəbərdarlıq olunarkən, qazıntı işləri dərhal dayandırılmış və ərazi əvvəlki vəziyyətinə bərpa olunmuşdur. Əvvəl razılıq olmamış, amma sonradan məktubla müraciət olunub və onlar razılıq vermişdir. Orada əvvələr də torpağın altında qaz xəttləri olmuş, sadəcə həmin xətlər torpağın üstünə çıxarılmışdır. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli 06 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı-Şamaxı-Yevlax respublika əhəmiyyətli avtomobil yolunun 116-cı km. hissəsində avtomobil yolunun mühafizə zolağında Şəxs tərəfindən müvafiq icazə olmadan kommunikasiya xətti (qaz xətti) çəkməklə yol hərəkət təhlükəsizlik qaydalarını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı **********.55 AZN olan Şəxs (VÖEN **********) xx.xx.1997-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli aktdan görünür ki, 06 fevral 2023-cü il tarixdə saat 11:21 radələrində xidməti əraziyə baxış keçirilərkən Şəxs tərəfindən M4 indeksli Bakı-Şamaxı- Yevlax respublika əhəmiyyətli avtomobil yolunun 116-cı km-nin sol tərəfində yolun mühafizə zolağında yəni hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 20 metr məsafədə qazıntı işlərinin aparılması aşkarlanaraq dayandırılmışdır. Aparılan qazıntının uzunluğu 20 metr, eni isə 0,60 metr olmuşdur. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxsə ünvanlanan xx.xx.2023-cü il tarixdə 11-1/2-56-125/2023 saylı məktubun surətindən görünür ki, 06 fevral 2023-cü İl tarixdə M-4 indeksli Bakı - Şamaxı - Yevlax republika əhəmiyyətli avtomobil yolunun 116-cı km hissəsində (Şamaxı rayon inzibati ərazisindən keçən hissədə) yolun sol tərəfində avtomobil yolunun mühafizə zolağında tərəfinizdən müvafiq icazə alınmadan kommunikasiya xətti (qaz xətti) çəkmək məqsədilə uzunluğu 20 metr, eni 0,60 metr olmaqla xəndək qazılaraq inzibati xətaya yol verilməsi aşkar edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 364.0.2-ci maddəsi İlə Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məlumat üçün bildiririlmişdir ki, Birliyinin əməkdaşları inzibati xətaya dair protokolun tərtibatında iştirak etməyərək imzalamaqdan və təhvil almaqdan imtina etmişlər. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxsnə ünvanlanan xx.xx.2023-cü il tarixdə 11-1/2-220-125/2023 saylı məktubunun surətindən görünür ki, 06 fevral 2023-cü il tarixdə M-4 indeksli Bakı - Şamaxı - Yevlax respublika əhəmiyyətli avtomobil yolunun 116-cı km hissəsində (Şamaxı rayon inzibati ərazisindən keçən hissədə) yolun sol tərəfində avtomobil yolunun mühafizə zolağında tərəfinizdən müvafiq icazə alınmadan kommunikasiya xətti (qaz xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş 06 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(105)-183/2023 saylı Qərarında və Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-c ü il tarixli 3(074)-39/2023 saylı qərardadında nəzərdə tutulan çatışmamazlıqların aradan qaldırılması məqsədi ilə səlahiyyətli nümayəndənizin xx.xx.2023cü il tarixdə saat 16:00-da Bakı - Şamaxı - Yevlax respublika əhəmiyyətli avtomobil yolunun 116-cı km hissəsində (X5 törədildiyi yer üzrə) iştirakını təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxsnə ünvanlanan xx.xx.2023-cü il tarixdə 11-1/2-240-125/2023 saylı məktubunun surətindən görünür ki, 06 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxsnə göndərilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə tunellərin, körpülərin, estakadaların və digər yol qurğularının üzərindən müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında normalarla qadağan olunmayan müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər. Kommunikasiyaların çəkilməsinə icazəni yol qurğularının mülkiyyətçiləri verir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 354.0.2-ci maddəsinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar