Məhkəmə qərarları › İş №3(074)-225/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-225/2020

02.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-225/2020 02.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Mikayılov Kamran Mikayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs, müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.3, 334.1, 510, 511.1, və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.3, 334.1 və 511.1-ci maddələri ilə İXP № ******* saylı inzibati xəta haqqında protokol, 510 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində rayon polis şöbəsinin qarşısında təhlükəsizlik kəmərini bağlamadan, nəqliyyat vasitəsini etibarnamə olmadan, həmçinin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və eyni zamanda sərxoş vəziyyətdə idarə etmiş, yolda yüksək sürətlə ziqzaqvari hərəkət edərək avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş, eyni zamanda Şamaxı şəhəri N.Nərimanov küçəsində xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşı Zərərçəkmiş şəxs qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə atasına məxsus Vaz 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Şamaxı şəhərində olan Azsamand adlanan yerdə sonradan adlarının Ramiz Ağayev və Tərlan Atakişiyev olduğunu bildiyi iki nəfər şəxs onun idarə etdiyi avtomobilə əyləşərək Şamaxı şəhərində yerləşən bazarın yanına getmək istədiklərini bildirmiş, daha sonra bazarın yanına çatdıqda avtomobili sürməyə davam etməyini ona bildirmiş, bu zaman Şamaxı rayon Polis Şöbəsinin qarşısından keçən zaman Ramiz Ağayev və Tərlan Atakişiyev başlarını avtomobilin pəncərəsindən çıxardaraq polisin ünvanına nalayiq söyüşlər söymüş, bu zaman polis ona saxla işarəsi versə də o, qorxmuş, bunun üçün də sürətlə rayon polis şöbəsinin qarşısından keçmiş, daha sonra polis əməkdaşları onları saxlamış, bu zaman orada polislərlə arasında mübahisə yaranmışdır. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPBnin polis nəfəri Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində xidmət yoldaşı Şahid3lə birlikdə xidmətdə olan zaman Vaz 2107 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə və ziqzaqvari hərəkətlərlə rayon polis şöbəsinin qarşısından keçmiş, həmin avtomobilin içərisində olan və sonradan adlarının Şəxs, Tərlan Atakişiyev və Ramiz Ağayev şəxslər pəncərədən başlarını çıxardaraq polisin ünvanına yüksək səslə nalayiq söyüşlər söymüş, avtomobilə saxla əmri versə də, sürücü Şəxs saxlamamış, lakin sonradan avtomobildə olan Şəxs, Tərlan Atakişiyev və Ramiz Ağayev saxlanılaraq müvafiq qaydada rayon polis şöbəsinə gətirilmişlər. Gətirilərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 Oqtay oğlu zərərçəkmiş şəxslə eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi şəkildə peşman olmasının cəza təyin olunarkən nəzərə alınmasını və Şəxs 18 yaşına çatmadığı üçün barəsində həbs növündə cəzanın təyin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli 136 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcədə sərxoş olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin izahatı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.3, 334.1, 510, 511.1, və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 511.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan əsas cəza kimi cərimə, əlavə cəza kimi isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.3, 334.1, 510, 511.1, və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar