Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-228/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Şamaxı şəhərində yerləşən Heydər Əliyev parkında sərxoş halda xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Şamaxı şəhərində yerləşən Heydər Əliyev parkında sərxoş vəziyyətdə ünvansız şəkildə söyüşlər söymüş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu rayon polis şöbəsinə gətirmişlər. Şəxs sonda törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin əməkdaşı X4 izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Şamaxı rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Şamaxı şəhərində yerləşən Heydər Əliyev parkına getmiş, orada olarkən sonradan adının Şəxs olduğunu bildiyi şəxsin uca səslə ünvansız söyüşlər söyüdüyünü görmüş, Şəxs yaxınlaşıb özünü təqdim etdikdə, ondan kəskin şəkildə spirtli içki iyinin gəldiyini görmüşdür. Daha sonra Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X1 da şahid X4 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli 128 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində ağır dərəcədə sərxoş olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə növündə cəza təyin azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 70 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-228/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-228/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver