Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-229/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Xocalı Rayon Məhkəməsinin 2(070)-383/2017 saylı icra vərəqəsi üzrə 5890 manat borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, həqiqətən də onun icra sənədi üzrə X6 5890 manat məbləğində aliment borcu vardır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, lakin hər ay 250 manat ödəyə bilcəyini bildirdi. Eyni zamanda hər birinində 200 manat olmaqla, X6 etdiyi aliment ödənişləri barədə iki ədəd qəbzi məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X3 izahat verib bildirdi ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-383/2017 saylı icra vərəqəsinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Şəxs xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş və barəsində axtarış elan olunmuşdur. Həmçinin Şəxs izahat verərək maddi imkanının olmadığını, hər ay 5890 manat məbləğində aliment borcundan 250 manat ödəniş edə biləcəyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 5890 manat aliment borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 2(070)-383/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Şəxs icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını dərhal təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 188-14827-1218 saylı məktubun surətindən görünür ki, Şəxs barəsində Şamaxı Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. İş materiallarında olan X7 izahatından görünür ki, X8 icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, X5 hesabına hər biri 200 manat olmaqla, ümumildikdə 400 manat ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X12 icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etməyərək icranı həyata keçirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-229/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-229/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver