Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-229/2022 23.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şamaxı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib olunması barədə bildirişin inzibati xəta törətmiş şəxsə göndərilməsi barədə xəbərnamə və ya müvafiq reyestr işə əlavə olunmamışdır. Belə olan halda protokol natamamdır və düzgün tərtib olunmamışdır. Digər tərəfdən “AsanPay” elektron ödəniş sistemi vasitəsilə yoxlanılarkən İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə cərimənin ödənildiyi müəyyən edilmişdir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Belə olan halda inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmaldır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6 maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işin baxılmasına hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qanunun bu normasından çıxış edərək hesab edirəm ki, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qaytarılmaldıır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati material və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qaytarılsın. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-229/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-229/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver