Məhkəmə qərarları › İş №3(074)-230/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-230/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-230/2020 19.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində sərxoş vəziyyətdə özünə məxsus atı sürərkən yol hərəkəti qaydalarının pozulmuş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi Chery Tiggo minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonu Ərçiman kəndindən Avaxıl kəndində gedən zaman atı sürətlə sürdüyü üçün qarşıdan gələn Chery Tiggo minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu zaman heç bir xəsarət almamış, lakin sözügedən avtomobilə 700-800 manat məbləğində maddi zərər vurulmuşdur. Sonda Şəxs əməlindən peşman olduğunu bildirdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli № 02162 saylı qəbzdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:17 radələrində alkoqolun miqdarı 0,699 promil olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli № 02166 saylı qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 16:34 radələrində alkoqolun miqdarı 0 promil olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal, inzibati xətanı törədən zaman sərxoş olmasını isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyası çərçivəsində 90 manat cərimə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş zərərlə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin, və 90 (doxsan) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxsə dəymiş zərərlə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar