Məhkəmə qərarları › İş №3(074)-231/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-231/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-231/2022 22.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Şamaxı rayonu, Qonaqkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 11:00 radələrində Şamaxı RPŞ-nin inzbati binasında uca səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində atasına məxsus “Niva" markalı **-BF-*** nömrəli avtomaşınla Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən “1001 xırdavat” mağazasına gedən zaman Yol Patrul Xidməti əməkdaşları ona saxla işarəsi vermiş, o, avtomaşını N.Nərimanov küçəsində yerləşən “1001 xırdavat” mağazasının qarşısında saxlamış və polis əməkdaşları ona yaxınlaşanadək o, mağazaya girib sonra çölə çıxmış, çölə çıxdıqdan sonra polis əməkdaşları ondan sənədləri təqdim etməsini istədikdə, o, sürücülük hüququnun olmasını, lakin etibarnamənin olmamasını, avtomaşının isə atasına məxsus olmasını bildirdirmişdir. Bu zaman polis əməkdaşlarından biri atasına məxsus avtomaşına oturaraq avtomaşını rayon polis şöbəsinə aparmış, həmin polis əməkdaşı avtomaşına oturarkən həmin əməkdaşın kim olmasını digər əməkdaşdan soruşmuş, o ona avtomaşını şöbəyə aparan şəxsin polis əməkdaşı olmasını bildirmiş, o onlara atvomaşında paketin içində yemək olmasını həmin paketin xəstəxanaya xəstə uşağına verməli olduğumu bildirmiş, bu zaman iki nəfər polis əməkdaşı onu patrul avtomaşınına otuzdurmaq istədikdə, o, onlara əsəbi olduğunu, əllərini çəkmələrini avtomaşına özü oturacağını bildirdirmişdir. O, yol patrul xidməti avtomaşınına oturub rayon polis şöbəsinə gəlmiş, şöbəyə gəldikdən sonra polis əməkdaşları onu avtomaşından düşürtmüşlər, o, onlardan niyə ona qarşı belə rəftar etmələrini, onun hansı qayda pozuntusu etməyini soruşmuş, rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarından birinin onu deportasiya edəcəyini bildirən zaman o ona “məni deportasiya etməyəndə adam deyil, mənim bütün qohumlarım Azərbaycanda yaşayır”. O, orada olarkən nalayiq ifadələr işlətməmiş, rayon polis şöbəsində olarkən o, yüksək səslə danışdığı üçün polis əməkdaşları onun ağzını tutmuş, o, isə ürəyinin sıxıldığına bildirmişdir. O, şöbənin inzibati binasında olarkən atası şöbəyə daxil olmuş və polis əməkdaşlarından birinin otağına girmiş, o kolidorda gözləmiş, daha sonra atası otaqdan çıxmış atasıda kolidorda olarkən polis əməkdaşlarından biri atasına “onu atın çölə” demiş, onu isə müvəqqəti saxlama yerinə aparmışlar. Polis şöbəsində olarkən adın bilmədiyi rütbəsi baş leytenant olan polis əməkdaşı onu vurmuşdur. Həmin vaxt əsəbi olmuş etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon yol patrul xidməti baş inspektoru X6 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində təxminən saat 10:40 radələrində KİA markalı **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidməti yoldaşları polis baş serjantı Ziya Güliyev və polis baş serjantı Dilqəm Mahmudov ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmət apararkən qarşılıqlı hərəkətdə olan VAZ21214 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı maşının sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən həmin avtomaşına saxla işarəsi vermişlər. Dilqəm Mahmudov patrul maşınından düşərək sürücüyə yaxınlaşmış, özünü təqdim etmiş, sürücüyə qayda pozuntusunu izah etmiş, avtomaşına aid sənədləri istəmiş, sürücü bildirmişdir ki, etibarnaməsi yoxdur, maşın atasına məxsusdur, onlar həmin şəxsi etibarnaməsi olmadığı üçün RPŞ-nə dəvət etdikdə, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri etməyə başlamış, onlar onu nizam intizama dəvət etsələrdə, o kobud surətdə nalayiq ifadələr işlətməyə başlamış, lakin o qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, bu səbəbdəndə barəsində araşdırma aparılması üçün onu rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Rayon polis şöbəsinin inzibati binasında olan zamand da vətəndaş Şəxs uca səslə nalayiq ifadələr işlətmiş, onlar onu sakitləşdirmək istəsələrdə o öz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon yol patrul xidməti inspektorları X5 və X1 rayon yol patrul xidməti baş inspektoru X12 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı Yol patrul xidməti inspektoru polis serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində təxminən saat 10:40 radələrində KİA markalı **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidməti yoldaşları polis baş serjantı Samir Hacıyev və polis baş serjantı Dilqəm Mahmudov ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmət apararkən qarşılıqlı hərəkətdə olan VAZ21214 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı maşının sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən həmin avtomaşına saxla işarəsi vermişlər, Dilqəm Mahmudov patrul maşınından düşərək sürücüyə yaxınlaşmış, özünü təqdim etmiş, sürücüyə qayda pozuntusunu izah etmiş, avtomaşına aid sənədləri istəmiş, sürücü bildirmişdir ki, etibarnaməsi yoxdur, maşın atasına məxsusdur, onalr həmin şəxsi etibarnaməsi olmadığı üçün RPŞ-nə dəvət etdikdə, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri etməyə başlamış, onlar onu nizam intizama dəvət etsələrdə, o kobud surətdə nalayiq ifadələr işlətməyə başlamış, lakin o qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, bu səbəbdəndə barəsində araşdırma aparılması üçün onu rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra məlum olmuş ki, həmin şəxs Şəxsdur. Qeyd edir ki, rayon polis şöbəsinin inzibati binasında olarkən vətəndaş Şəxs uca səslə nalayiq ifadələr işlətmiş, onlar onu sakitləşdirmək istəsələrdə o öz əməllərini davam etdirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZA 016628 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakin Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar