Məhkəmə qərarları › İş №3(074)-232/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-232/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-232/2022 12.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin nümayəndəsi X6 iştirakı ilə, X5 Azərbaycan Respublikası Qida X3 regional bölməsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X3 regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin MH ******* saylı 14 sentyabr 2022-ci il tarixli İnzibati tənbeh xəta vermə haqqında qərarını 16 sentyabr 2022-ci il tarixdə almış və qərara əsasən, o, İXM-nin 289.0.2-ci maddəsinə görə, 600 cərimə olunmuşdur. Həmin qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, vergi ödəyiçisi kimi qeydiyyatı yoxdur, heç bir heyvan satmamış, sadəcə olaraq təsədüfən yoxlama vaxtı qohumunun Çuxuryurd kəndində yerləşən köşkündə olmuşdur. Qida təhlükəsizliyi bölməsinin əməkdaşı heç bir səbəb olmadan, inzibati icraat zamanı araşdırma aparmadan onun barəsində cərimə tənbeh tədbiri qəbul etmişdir. Faktiki olaraq olmayan hadisə barəsində onu günahlandırmışdır. Ona görə də Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin MH ******* saylı 14 sentyabr 2022-ci il tarixli İnzibati tənbeh xəta vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki Şamaxı RPŞ-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixində Şamaxı rayonu, Çuxuryurd kəndində fəaliyyət göstərən ət satışı mağazasında reyd aparılmışdır. Aparılmış reyd zamanı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ət satışı mağazasında fəaliyyət göstərən vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar əsaslıdır və ləğv edilməməlidir. Belə ki, vəzifəli şəxs X1 fəaliyyəti ilə məşğul olur, amma xx.xx.2022-ci il tarixdə sahibkar X2 regional bölməsinə gəlmiş, lakin inzibati xəta haqqında işə baxılma iclasında iştirak etməkdən imtina etmiş və bildirmişdir ki, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, vergi ödəyiçisi kimi qeydiyyatı yoxdur, heç bir heyvan satmamış, sadəcə olaraq təsədüfən yoxlama vaxtı qohumunun Çuxuryurd kəndində yerləşən köşkündə olmuşdur. Qərardan məhkəməyə şikayət edəcəyini bildirdikdən sonra regional bölmədən çıxıb getmişdir. Məhkəmədən X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Qida X3 regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin məsləhətçisi X12 izahat verib bildirdi ki reyddən bir gün əvvəl X8 onlara məlumat vermişdir ki, o orada olmayacaq səhərisi gün olacaq, o olmadan onun yerində heç bir yoxlama aparılmasın. Ona görə də, onlar bir gün sonra o gəldikdən sonra reyd keçirmiş, heyvan mənşəli məhsulların baytarlıq (bavtarlıg-sanitariya) ekspertizası aparılmadan satışı və istehsalı həyata keçirildiyi müəyyən edilərək polis əməkdaşlarına məlumat verilmiş, onlarda protokol tərtib etmişlər. Reyd zamanı Ramil Məlikov kobud şəkildə etiraz edərək bu səfərlik protokol tərtib etməmələrini demişdir. Həmin obyekt Ramilə məxsus deyildisə o, birinci dəfə ona zəng olunanda bu barədə bizə bildirərdi, əksinə o, bizdən bir gün sonra gəlməyimizi istədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RİHB aparatının Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X11 şahid Azərbaycan Respublikası Qida X3 regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin məsləhətçisi X12 ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirdi ki, baxış zamanı o da iştirak etmiş və həmin vaxt obyekti Ramilin işlətdiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarnı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində baytarlıq ekspertizasından keçirmədən ət satışı ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 3ində yerləşən ət məntəqəsində heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışı və istehsalı həyata keçirilməsinə dair tələblər pozulduğundan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 4 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və vergi orqanına təqdim etdiyi ərizəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2097-ci il tarixədək fəaliyyətini dayandırmışdır. X5 ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsinin sağ tərəfi ünvanında yerləşən “Narınc kafesi” adlı **********-84001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmış, vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən həmin təsərrüfat subyekti (obyekti) vergi uçotundan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası “İnzibati Xətalar Məcəlləsi”nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsi ilə bağlı işə baxılması Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X3 regional bölməsində 14 sentyabr 2022-ci il tarixdə saat 10:00-a təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin ŞİBP- 22/027 nömrəli bildirişindən görünür ki, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olan materiala əsasən, ünvan 3i ünvanında fəaliyyət göstərən ət satış mağazasının sahibi Vəzifəli şəxs: X8 tərəfindən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı və istehsalı həyata keçirilmişdir. Buna görə, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi’’nin 289.0.2-ci maddəsi ilə Vəzifəli şəxs: X8 barəsində Azərbaycan Respublikasının “inzibati Xətalar Məcəlləsi”nin 100, 101.1-ci maddələrinə əsasən inzibati xəta haqqında Protokol tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikası Qida X3 regional bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 61.3-cü maddəsinə əsasən, həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 14 sentyabr 2022-ci il tarixdə saat 10:00-da Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X3 regional bölməsinə gəlməyi zəruri olduğu bildirilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Ziya Səlimov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində RPŞ-İTB-nin polis sahə rəisi polis baş leytenantı Elvin Həsənov və Qida X3 bölməsinin əməkdaşları ilə birlikdə Şamaxı rayon Çuxuryurd kəndində baytarlıq ekspertizasından keçmədən ət satışı ilə məşğul olan ət kəsim məntəqələrinə baxış keçirən zaman, Qobustan rayon Təklə kəndində yaşayan X8 baytarlıq ekspertizasından keçmədən ət satışı ilə məşğul olduğunu aşkar etmişlər və barəsində AR İXM-nin 289.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə sahibkar X2 regional bölməsinə gəlmiş, lakin inzibati xəta haqqında işə baxılma iclasında iştirak etməkdən imtina etmiş və qərardan məhkəməyə şikayət edəcəyini bildirdikdən sonra regional bölmədən çıxıb getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135.1.1 və 135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, X5 Şamaxı rayonu, Çuxuryurd kəndində baytarlıq ekspertizasından keçirmədən ət satışı ilə məşğul olması iş materialları ilə tam sübuta yetirilir. Lakin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə onun adına VÖEN olmamış, vergi orqanına təqdim etdiyi ərizəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2097-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq bu səlahiyyətli orqan tərəfindən nəzərə alınmamış və o, vəzifəli şəxs qismində cərimə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 vəzifəli şəxs olmasını təsdiq edən heç bir sübut protokola əlavə edilmədiyindən o, fiziki şəxs hesab edilməli Azərbaycan Respublikası Qida X3 regional bölməsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X3 regional bölməsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin və X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar