Məhkəmə qərarları › İş №3(074)-233/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-233/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-233/2022 28.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 00:05 radələrində Şamaxı şəhəri, A.Əhmədov küçəsində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, Şamaxı şəhəri A.Əhmədov küçəsi ev 23 ünvanında yaşayır, onunla birlikdə qardaşı və onun ailəsi yaşayır, təxminən üç gün əvvəl dostu Ələsgər yaşadığı evə qonaq gəlmiş, o iki gün onların yaşadıqları evdə qonaq kimi qalmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında dostu Ələsgər getmişi, o getdikdən sonra qardaşı onunla münaqişə etməyə başlamış və bildirmişdir ki, “bundan sonra bu evə heçkəs qonaq kimi gəlməsin”, bununla bağlı aralarında münaqişə yaranmış və o evlərinin yaxınlığında olan mağazaya gedərək yarım litr pivə spirtli içki almış və yaşadığı evin qarşısına gəlmiş, spirtli içkini qəbul etdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra polis əməkdaşları yaşadığı ünvanın qarşısına gəlmişlər, polis əməkdaşları gələn zaman oda küçəyə çıxmış, küçədə olan zaman orada o və üç nəfər polis əməkdaşları vardır, qardaşı küçədə yox imiş. Polis əməkdaşları yaşadığı evin qarşısında olan zaman o onlara bildirmişdir ki, Salman onun böyük qardaşıdır, o istəmir aralarında dava-dalaş olsun, onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları qardaşı ilə aralarında olan münaqişə barədə soruşmuşlar və oda bildirmişdir ki, əgər o burda qalsa qardaşı ilə aralarında dava olacaq, bu səbəbdən o polis əməkdaşlarının maşınına oturaraq ərizə və izahat vermək məqsədi ilə rayon polis şöbəsinə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili-polis baş letenantı, X2 göstərdi ki, xx.xx.2022-ci tarixdə təxminən saat 23:58 radələrində Şamaxı şəhəri A.Əhmədov küçəsi ev 23-də X4 və qardaşı Şəxs Ələvəz oğlu Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq aralarında münaqişə olması barədə məlumat vermişdir, məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə məlumatda göstərilən ünvana, ünvan 2 xx.xx.2022-ci il tarixdə təxminən saat 00:05 radələrində adı sonradan onlara məlum olan Şəxs Ələvəz oğlunun küçədə yüksək səslə söyüşlər söydüyünü eşitmişlər, onlar ona yaxınlaşaraq onu nizam intizama dəvət edərək söyüş söyməməsini bildirmişlər, onu sakitləşdirmək istəmişlər, Şəxs onların onu sakitləşdirməklərinə baxmayaraq yenidən küçədə ondan şikayət edən qardaşının ünvanına nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmiş, onlar onu intizama dəvət edərək küçədə nalayiq söyüşlər söyməklə inzibati xəta törtdiyini izah etsələrdə, o onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, bu səbəbdəndə onlar onu Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 RPŞ-nin CAB-nin əməliyyat müvəkkili-polis baş leytenantı, X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nın təhqiqatçısı polis kapitanı Telman Xasayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, A. Əhmədov küçəsi ev 23-də yaşayan X4 və qardaşı Şəxs Ələvəz oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq aralarında münaqişə olması barədə məlumat vermişdir. Məlumat əsasında əməliyyat istintaq qrupunun üzvüləri ilə birlikdə məlumatda göstərilən ünvanda, ünvan 3an adını sonradan bildiyi Şəxs Ələvəz oğlunun küçədə yüksək səslə söyüşləri söydüyünü eşitmişlər, onlar ona yaxınlaşaraq onu nizam intizama dəvət edərək söyüş söyməməsini bildirmişlər, onu sakitləşdirmək istəmişlər. Şəxs onların onu sakitləşdirməklərinə baxmayaraq yenidən küçədə ondan şikayət edən qardaşının ünvanına nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. Onlar onu intizama dəvət edərək küçədə nalayiq söyüşlər söyməklə inzibati xəta törtdiyini izah etsələrdə, o onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs Ələvəz oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələrinin tələblərini kobud surətdə pozduğundan tərəflərindən rayon polis şöbəsinə dəvət olunmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı, şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar