Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-234/2025 17.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verlməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 06 mart 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə aldığını qeyd etmişdir. Lakin o, şikayətində həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə “ASAN PAY” vasitəsilə elektron kabinetinə daxil olarkən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində və 3 cərimə balı ilə cərimələndiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 06 mart 2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə elektron kabineti vasitəsilə tanış olduğundan həmin gündən qərar ona rəsmi qaydada verilmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X5 İdarəsinin 06 mart 2025-ci il tarixli EQ 70952287 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-234/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-234/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver